adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
11 Iyul 2016 15:12
33153
TEXNOLOGİYA
A- A+

Telefonla viza almaq mümkün olacaq

"ASAN vizanın texniki şərtləri dəqiqləşdirilir. Üç gün müddətində insanlar sərbəst, telefon vasitəsilə vizaların əldə edilməsinə nail olacaqlar”.

Adalet.az xəbər verir ki,  xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, "ASAN Xidmət”lə Mədəniyyət və Turizm Nazirliyi əməkdaşlıq edir, turizm şirkətləri viza işi ilə məşğul olur və budavam edəcək.

Ə.Qarayev əlavə edib ki, turistlərin təhlükəsizlik məsələləri müvafiq dövlət orqanları ilə birgə təmin olunur:

"Biz hotellərdə təhlükəsizlik ölçülərinin götürülməsi haqqında müvafiq tövsiyələr və nizamnamələr hazırlayıbFövqəladə Hallar Nazirliyinə təqdim etmişik.

Eyni zamanda, bu gün dünyada baş verən hadisələr bizi insanların çox toplaşdığı yerlərə daha həssaslıqla yanaşmağa məcbur edir. Biz buna hazır olmalıyıq. Daxili İşlər Nazirliyi, Dövlət TəhlükəsizliyiXidməti bu işə cəlb olunub və lazımiişlər görülür”.