BOŞALAN YERLƏRİ KƏDƏR DOLDURUR

ƏBÜLFƏT MƏDƏTOĞLU
55078 | 2016-07-08 15:45

Bu yazını qələmə aldığım gün xalqın yaddaşında qanla, göz yaşıyla qalıb.Çünki biz 8 mayda Şuşasızlığın 24 illik ayrılıq yoluna çıxmışıq. Doğrudur, indibuna hərə bir prizmadan baxır - kimi deyir Şuşa xəyanətin qurbanı olub… kimideyir Şuşanı satdılar… kimi deyir Şuşa siyasi oyunların güdazına getdi… kimideyir Şuşanı qoyub qaçdılar…. Nə isə… Hər kəs öz deyimində, öz fikrində özprizmasıyla haqlıdır. Amma mən Şuşanı sadəcə olaraq "niyə?" "nəüçün? işğal olunduğunu demək fikrində deyiləm. Ona görə ki, o, bu gün faktikiolaraq işğal altındadır. Oturub o işğalın səbəblərini çözməkdən, bir-birimizigünahkar çıxarmaqdansa, Şuşaya necə qayıdağacımızı, Şuşanı necə azad edəcəyimizidüşünüb onun yollarını çözməyə ağıl, güc sərf etmək daha doğru olmazmı? Nəisə...

Bəli, belə bir ağrılı gündə yazınıyazmağa başlamamışdan öncə ağlıma qəribə bir fikir gəlmişdi. İnanın ki, bufikirdən hələ dan üzünün görünmədiyi, sübh şəfəqlərinin boylanmadığı bir vaxtgəldi ağlıma. İnanın ki, özüm öz ağlıma heyran oldum. Çünki ağlıma gəldi vəöz-özümə təkrar etdim ki:


- BOŞ QALANYERLƏRİ DƏRD TUTURHƏMİŞƏ!


Hə, yəqin düşünəcəksiniz ki, burda qeyri-adi nə varki?! Boşalan yerləri kimlərsə tutmalıdı də. Amma tələsməyin, məni qınamağa hələkifayət qədər vaxtınız var. Çünki söhbət boşalan vəzifələrdən getmir. Təbii ki,vəzifəni heç vaxt boş saxlamırlar. Ən azından kimsə əvəz edir, təyinat olanaqədər. Amma...

Bəli, söhbət ürəkdən gedir, yəni boşalan ürəkdən... atılan,tək edilən ürəkdən!... O ürəkdən ki, səninlə nəfəs alır, səninlə yaşayır,səninlə sevinib, səninlə qəmlənir, həyata səninlə baxır, həyatını sənəbağışlayır!.. Bax, o ürək boş qalanda... İndi bildiniz də söhbət nədən gedir.Yəqin ki, ağlıma gələn fikri bu məqamda dəyərləndirərsiniz, ən azından o kəslərdəyərləndirər ki, onlar da mənim düşündüklərimi, mənim yaşadıqlarımı bu və yadigər formada düşünüb yaşayıblar. Elə indi də yaşayırlar. Məhz onlar boş qalanyerin dərdlə, qəmlə, ağrı-acıyla necə dolduğunu hər an, hər dəqiqə hissedirlər. Mən də hiss edirəm, mən də bütün bu boşluğun içərisində qıvrılıram.Ona görə də bütün fikrim, zikrim,xəyalım özümdən kənarlarda rahatlıq axtarır, ordan mənim özümə tərəf əlini gözlərinəgünlük edib baxır... Baxıb görür ki:


Ağlayanım olsa idi

Ölərdim onun xətrinə...

Bələnərdim kipriklərdən -

Ələnən yaşın ətrinə...


Çox çalışdım yuva quraq

Qoşa gəzək, qoşa duraq...

Alınmadı, yaxın burax -

Ruhumu ruhun çətrinə!..


Bir yarımçıq dua verin

Qulağına - məzar yerin!

Bir də ki, bitməmiş şeirin -

Adım olmayan sətrinə...


***

Həyatın bütün dolanbacları həm insan üçündü, həm də budolanbacları yaradan elə insanın özüdü. Çünki hansısa bir məqsədə, bir məramaçatmaq xətrinə bəzən min variant düşünülür, min xətt çəkilir, min fikir bölüşdürülürvə sonda həmin o düşüncələr, çəkilən xətlər öz gerçəkliyini ortaya qoymaqnaminə bir axtarışın ipucu olur. Dağdan,dərədən, çöldən, düzdən, daha nə bilim haralardan və hansı səbrlə, hansıtəmkinlə, hansı istəklə, özü də gah sürünə-sürünə, gah yüyürə-yüyürə, dahaneçə-neçə üslubda o yol başlanğıc alır... o yol səndən, məndən, ondan başlayır.Və beləcə şaxələnir yollar - gah qovuşur, gah paralelləşir, gah da bir-birindənküsmüş uşaqlar kimi hərəsi bir istiqamətə üz tutur. Biz də bu yolları qınayırıq.Onun döngəsini, dolanbacını, enişini-yoxuşunu günahkar sayırıq. Özümüz isəunuduluruq. Yəni gerçək günahkar biz ola-ola dilsiz-ağızsız yolları məşhərayağına çəkirik. Lakin yadımızdan çıxır ki, bu yolun başlanğıcı olduğu kimi,sonu da bizimlə tamamlanır. Biz özümüzdən özümüzə qədər yol gedirik. Doğumgünümüzdən bitəcək günümüzə qədər. Bir az da obrazlı desəm, olumdan ölüməkimi!!!

Bunu dərk edəndə, yəni hardan hara qədər olan yolumuzuazacıq da olsa anlayanda onda həyatımıza da, çevrəmizə də, yollarımıza da biraz fərqli baxırıq. Onlarda günah axtarmağa o qədər də çox vaxt sərf etmirik.Ümumiyyətlə, bizim ən çox günahkar saydığımız dünyadı, yollardı, taledi və birdə...

Hə, mən günahkar olan başqaları, kimləri, nələri,nəsnələri demirəm. Onları da hərəmiz öz yanaşmamızla tanıyırıq, bilirik,dəyərdəndiririk. Lakin mənim üçün bir günahkar da var. O da ağlı özünə tabeedən ürəkdi. Nə qədər ki, ağıl və ürək bir-biriylə dil tapmır, ondaqiymətləndirmək, saf-çürük etmək, hansısa bir uğurlu qərar qəbul etmək nisbətənasan olur. Elə ki, ürək ağılı öz əhatədairəsinə, öz aurasına daxil edir, onun yaxasını əlinə keçirir, bax onda ruhda, fikir də, qərar da, bütövlükdə mövcud olmaq da son dərəcə kövrək, həzin,istənilən anda qırılıb dağılmaq, parçalanmaq, məhv olmaq kimi bir durumadüşürük. Bir az da dərindən açılasan, bir az da məsələnin mahiyyətinə daha çoxişıq salasan, onda məlum olar ki, ürəklə ağıl bir olanda insan özünü daha çox göylərdə sayır. Həyatonun üçün xəyallardan, yuxulardan, arzulardan və bir də sevgidən ibarət birməkana çevrilir. Orda hər şey məhz kiminsə ilham pərisi dediyi, kiminsəxilaskar mələk hesab etdiyi, kiminsə həy atınmənası kimi dəyərləndirdiyi və kiminsə də özünün yarısı kimi gördüyü birvarlığın diqtəsiylə, istəyiylə "olmaq!", "qalmaq!""sevmək!", "qovuşmaq!" kimi daxili bir tələbatın, istəyinişığına bürünmək, nuruna boyanmaq kimi sonsuzluq, genişlik mövcuddur. Deyəsənbu fikirlərim qarışıq, həm də bir az emosiyalarla yükləndi. Amma həqiqətən dəürəklə ağıl qovuşduğu yerdə sevgi hər şeyi üstələyir. Hər iş, hər yanaşma, hər istək məhz osevginin ya ətrafında, ya kölgəsində, ya da onun tabeçiliyində olur. Necədeyərlər, burda könüllükdən daha çox tələbat, zərurət boy göstərir. Birmənalışəkildə dərk edirsən ki, ağlın və ürəyin istəyi sənin özünün, ruhunun,cisminin, həyatının ən zəruri ehtiyacıdı. Yəni havasıdı, suyudu!..

İndinin özündə də mən düşüncələrə, xəyallara dalandahəmin o ürəklə ağıl qovuşan nöqtənin nə qədər həssas olduğunu bir dahaanlayıram. Etiraf edim ki, o həssaslıq əsən mehdən də, bulud arxasında gizlənəngünəşin gecikməsindən də incik düşə bilər. Ona görə də diqqətli olmaq, həm dədiqqətli olduğun qədər də özündə yox, onun -sevginin içərisində olmağın lazımdır ki, yer boş qalmasın, yerboşalmasın...

Mən boşalan yerlərin dərdlə, kədərlə daha çoxdolduğunu məhz burda bir daha diqqətə təqdim edirəm. Ona görə ki, həmin odediyim birləşmə nöqtəsi insanın varlığıyla ruhunun bir-birini tərk edənə qədərsarsılmasa, büdrəməsə, onda həmin o cismani təbii qanunla tərk etmədən sonra dahəmin o böyük və ilahi sevgi yaşayır. Təəssüf ki, biz bəzən bunun dərinqatlarına, alt laylarına ya enə bilmirik, ya da enməkdən qorxuruq. Hər halda,bunun hər ikisi dediyim kəsişmə nöqtəsinə zərbədi. Özü də elə bir zərbə ki, onuancaq sazla, sözlə, özü də böyükinsanların dilində ifadə etmək mümkündü. Mən isə:


Son söz tək son

damla qopsun kiprikdən

Ovcunun içini gözünə çək, get

Qapını taybatay buraxıb sakit


Bütün fikirləri özünə çək, get...

Ölmüş bir ürəyi qaldırıb dirilt

Özünlə gəzdirib, özünlə yerit...

İçində ağrını uşaq tək kirit -


Yalançı sevinci üzünə çək, get...

Haqqının yarası sızlasa da hey

Yaranı yuxular duzlasa da hey

Əllərin qoynunda buzlasa da hey


Yolunu dəyişmə, düzünə çək, get...

Xatirə boğçanı dilə gətirmə

Soyumuş, sovulmuş külə gətirmə...

Ölən sevgilərə pinə gətirmə


Özün öz sevgini sözünə çək, get...

Unutma, Əbülfət olduğunu sən

Kədərlə yüklənib dolduğunu sən

Qürubdu - odur ki, solduğunu sən-

Nəsimi sözünün közünə çək, get!..


***

Hər bir yazıda təbii ki, bir məqsəd, məram ifadəolunur. Yəni heç nə elə-belə yaranmadığı kimi, heç bir yazı da (hətta ənmənasız yazı da - Ə.M) səbəbsiz qələmə alınmır. Mütləq yazılan yazının arxa qatı, pərdə arxası olur.Orada nəyin dayandığını, nəyin gizlədildiyini isə təbii ki, oxucu hiss edir,oxucu görür. Diqqətli oxucu sözdən söz çəkir və bir-birini çəkən sözlərdənistifadə edib bəzən o pərdənin arxasına keçməyi bacırır. Mənim düşüncəmə görəyazı sahibi o vaxt rahat və xoşbəxt olur ki, onun fikirləri məhz pərdəarxasında dayandığı yerə qədər duyulur, araşdırılır...

Təəssüf ki, bəzən belə olmur. Necə deyərlər, görünən,göz önündə olan qiymətləndirilir. Bu aldadıcı gözəllik çox vaxt fikridolaşdırır. Bax, həmin o dolaşıq fikirlər də hərdən arzu olunmayan rəylərinsəslənməsinə rəvac verir. Amma bütün bunlara baxmayaraq, yazmaq istəyən, yazmaqbacaran, yazmaqla yaşayan adamlar qələmlərini yerə qoymurlar... Mən də yazmaqlahəm özüm yaşayıram, həm də iç dünyamın istəklərini ifadə etməyə çalışıram. Onagörə də mənim bu cür yaşamağımı bir kimsəyə zərəri olmadığını düşünürəm. Ənazından bu həyatda hər kəsin dayandığı bir nöqtə var və o nöqtəni də onun adınaTanrı yazıbdı. Bu yazını pozmaq da, o nöqtəni silmək də müəllifin - Yaradanınəlindədi...

Hə, mən kifayət qədər düşünüb-daşınandan sonra qələməaldığım hər bir yazının pərdəarxasını da gizlətməməyə çalışıram. Ona görə ki,bütün gizlinlər də nə vaxtsa faş olur. Yəni zamana ehtiyacı olduğundan onunisti-isti görünməsi əngəllənir. Lakin həmin o ehtiyac duyulan zaman öz yerinitutanda onda ehtiyac sözü də yaddan çıxır və pərdəarxası görünür. Sanki tamaşabaşlayır, pərdələr qaldırılır...

Hər halda, insan özü öz dünyasını, öz içini hamıdanyaxşı görür və mən də öz içimdə baş-başa qalmağı, öz içimi özümə həmgöstərməyi, həm də sevdirməyi heç kimdən gizlətməmişəm. Burada məqsədim olduğumkimi görünmək arzusu, niyyəti olubdu. Bilmirəm, buna nə qədər nail olmuşam, buistəyə nə qədər imza atmışam, hər halda bütün yazdıqlarımın heç birindən bugünə qədər imtina etməmişəm. Ən azından ona görə ki, şikəst doğulan övladın davalideyni mənəm. Deməli...

Hə, mən yazının əvvəlində 8 mayı xatırlatdım. İndiyazının sonuna gəlib çatmışam. Əgər fikir versəniz onda görərsiniz ki, bütünyazı boyu söhbət özəl duyğulardan, özəl düşüncələrdən, özəl yanaşmadan getdi.Yəni mən kiminsə haqqını tapdamadan özümün, öz dünyamın nəğməsini ifadə etməyəçalışmışam. Çünki o nəğmənin sifarişçisi də elə özüm olmuşam. Bir halda ki,sifarişçi də özüməm, onda həmin onəğmənin bir ləçəyini də sizin qarşınızda sərgiləyirəm. Buyurun, rəngini, ətrini,dəyər qiymətini özünüz verin.


Döyülməyən qapını açdım,

Keçdi içəri...

Gördü məzar yeridi -

Gördü heçdi içəri!...


Susdu, nə söz, nə heyrət

Nə də göz yaşı oldu...

Gətirdiyi güllər də

Elə əlində soldu...


Alıb onu içərdən

Ayaqları apardı...

Onu mənə köçürdən

Məni ondan qopardı...


... Hə, bütün hallarda nəyəsə hazır olmaq lazımdı deyirlər. Amma mən sevgibarəsində belə düşünmürəm. Çünki sevgi özü gəlir və özü də gedir. Gələndə dəqarşısını kəsmək mümkün deyil, gedəndə də saxlamaq. Amma bir şey var ki,boşalan yerləri daha çox kədər doldurur.


Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV