BİZDƏN BAŞQA HAMI TANRIDAN ÜZ DÖNDƏRİB

AQİL ABBAS
99728 | 2016-07-08 10:28

ABŞ və Avropanınkabadayı dövlətləri Türkiyə ilə Rusiyanınarasını vurmaq üçün bütün güclərini ortaya qoydular. Və ən nəhayət, istəklərinənail oldular. Və Türkiyəni Rusiyaya düşmən edəndən sonra Türkiyənin arxasından namərdcəsinəqaçdılar, qardaşlarımızı bataqlığa daşıdılar və tək qoydular. Təkcə II Dünya Müharibəsində60 milyona yaxın insanın ölümünə bais olmuş, 6 milyondan artıq yəhudini yalnız vəyalnız yəhudi olduqları üçün qətlə yetirərək dəhşətli bir soyqırım törətmiş Almaniyagirdirmə «erməni soyqırımını» tanıdı, ənyaxın dostu hesab edilən Türkiyənin kürəyinə xəncər sapladı. Və almanlar çox gözəlbilirlər ki, 1915-ci ildə heç bir «soyqırım» olmayıb. Öz arxivlərində həmin dövrləbağlı bir arxivlik sənəd var. Həmin vaxt köçürülmə olub. Bu köçürülməyə də I DünyaMüharibəsində Türkiyə ilə (Osmanlı ilə) müttəfiq olan Almaniyanın üst-üzey zabitlərirəhbərlik edib. Və bu köçürülmə də əslində Almaniyanın təkidi ilə olub. Həm Almaniya,həm də Avropa İttifaqı qaçqınlarla bağlı məsələdə və bir də viza məsələsində sözünü tutmadı. Türkiyəyə nəinkivəd etdikləri 3 milyard avronu, heç Allahın bir şirniquşun da göndərmədilər. Türkiyəninən yaxın müttəfiqləri, sözdə müttəfiqləri PKK-nın Suriya uzantısını həm silahlandırdı, həm emisarlarınıgöndərdi, indi onlar hətta həmin uzantının hərbi formasında döyüşürlər. Bir tərəfdəndə PKK-nı həm maddi, həm də mənəvi cəhətdən təmin edərək Türkiyədə terrora daha böyük rəvac verdilər.

Amma Vaqif BayatlıOdərin sözləri ilə desək,

TÜRK

MİN İLLƏRİN GÜN İŞIĞIDI,

NƏ QƏDƏR BASDIRSAN

YENƏ TORPAĞIN ÜSTÜNDƏQALAR.


Gərək ki Mehmet Akif Ərsoyun şeiridi.

BİR KİMSƏYƏ ƏYİLMƏZTURANLILARIZ,

CANIMIZLA, KANIMIZLADÜŞMƏNİ YIKARIZ.

MƏRKƏZİ-XAKƏ ATSALARDA BİZİ,

KÜRREYİ-ƏRZİ PARTLADAR,ÇIKARIZ.


Yəni bizi basdırmaqolmaz. Yerin təkinə atsanız da bu dünyanı partladar, yenə çıkarız.

Bəli, kabadayı ölkələrbirləşib Türkiyəni odun-alovun içinə atıbtəklədilər. Bu yaxınlarda bu məsələilə bağlı bir köşə də yazmışdım: «Körpülənin, ay türklər, Türkiyəni qoymayın təklənə!»Bu Məmməd Arazın məşhur bir şeirindən bir balaca çırpışdırmadı:


KÖRPÜLƏNİN, AY ARAZLAR,

MƏNİ QOYMAYIN TƏKLƏNƏM!


Dəfələrlə yazmışam,yenə də fikrimin üstündə qalıram. Bu dünya dövlətlərinin iki düşməni var - Türkiyə və Rusiya. Heç uzağa getməyək, AllahınAvropa Futbol çempionatında da bunu gördük. Və həmişə də qeyd eləmişəm ki, RusiyaTürkiyəsiz və Türkiyə Rusiyasız yaşaya bilməz. Rusiyada 30 milyona yaxın türk yaşayır. Bu, Rusiya əhalisinin təxminən 20 faizi deməkdir. Türkiyədə ağıllı başlar bir-birilərinitəhqiredici söyüşlərlə söyüb-söyüb yorulduqdan sonra oturub bir az dərin fikirləşsələrbu 30 milyon türk kəndinəgəlib ayağa qalxar və Rusiya qırx arşın quyunun dibinə düşər. Bunu Rusiyanın başbilənləri də çoxgözəl anlayırlar. Və bir də unutmayaq ki,Putin Merkellə görüşəndə belə bir fikir söyləmişdi: «Gəlin tarixə qayıtmayaq. Tarixəqayıtsaq, əgər rusu qaşısan altından tatar çıxar». Tatar deyəndə, yəni türk. Ona görə də Rusiya Türkiyə ilə münasibətləri həmişənormal saxlamalıdır, eləcə də digər türk dövlətləri ilə. Türkiyə də Rusiyada yaşayan 30 milyon türkün xətrinə bu ölkə ilə dostluq vəqonşuluq şəraitində yaşamalıdır, ayrı çıxış yolu yoxdur.

Məni qınayan ağzıgöyçəkvətənşüvənlər başqa bir yol bilirlərsə, buyurub göstərsinlər.

Türkiyə ABŞ-ın vəAvropanın qurduğu tələyə düşərək Rusiyanın hərbi təyyarəsini vuranda (day o təyyarəni vurmağa elə bir ehtiyac yox idi, cəmi yeddicə saniyə hava sərhədini pozmuşdu, türk şahinləri onu endirə də bilərdilər) mən bunun səhv olduğunu dedim və bunun nə ilə nəticələnəcəyinibilmək üçün alim də olmaq lazım deyildi.Və mən deyəndə ki, Türkiyə üzr istəsin vətənşüvənlər, özləri Rusiyanınagenti olanlar, Rusiyadan orden və medal alanlar, rus dilinin azərbaycanləhcəsində çətinliklə danışanlar, Rusiyanın Komsomol mükafatı laureatının döş nişanınıfəxrlə sinələrində gəzdirənlər, ömürlərinin yarısından çoxunu Rusiyada keçirənlər, dünənədək Fətullah Gülənçiolanlar məni daş-qalaq elədilər, eləcə dəRəşad Məcidi. Qarabağın yolunu tanımayanlar, Qarabağda savaş zamanı Moskvada yalmananlar, Bakıda kefindənqalmayanlar, Türkiyə ilə Rusiya arasındamüharibə çıxarsa gedib Türkiyə tərəfindən vuruşacağıq deyən boşboğazlar bizi Vətənxaini adlandırdılar, Rusiya agenti çıxartdılar. Halbuki 63 illik həyatımda üç dəfəMoskvanı görmüşəm, o da üst-üstə edib 10, ya 12 gün. Yox, yalan danışdım, 2-3 dəfədə Yesintukiyə getmişəm. Dostoyevskidən, Tolstoydan, Bulqakovdan, Lermantovdan başqabir urus dostum da yoxdu.

Mən o fikri bildirəndə nə Türkiyənin qüruruna toxunmaqistəmişdim, nə də Türkiyəni aşağılamaq istəmişdim. Mən Türkiyənin qürurunu Azərbaycanınqüruru, Türkiyənin aşağılanmasını Azərbaycanın aşağılanması kimi qəbul edirəm. Vəya əksinə. Türkiyəni sevdiyimdən və Türkiyənin başına gələ biləcək bəlaları gördüyümdəndemişdim. Amma indi baxıram o vaxt məni, Rəşad Məcidi söyənlər indi Rusiyailə münasibətləri normallaşdırmaq üçün barışıq addımları atan sayın Ərdoğan haqqındaelə aşağılayıcı, təhqiredici şeylər yazırlar ki, bir cümləsini bir batman balla yemək olmaz. Bəs harda qaldı sizin Türkiyəyə sevginiz,sayın Ərdoğana sevginiz?!

Rus təyyarəsinin vurulmasına bir ermənilər sevinirdilər, bir Türkiyənin düşmənləri, bir dəbizim vətənşüvənlər. İndi Türkiyə ilə Rusiyanınbarışmasına bir ermənilər dilxor olub, bir Türkiyənin düşmənləri, bir də bizim vətənşüvənlər,millətin və millətçiliyin nə olduğunu bilməyən yalançı millətçilər.

Bəli, qarğa-quzğunkimi tökülüb Türkiyəni təkləmək istədilər,amma bacarmadılar. Türkiyənin ən ağır günlərində möhtərəm prezidentimiz İlham Əliyev Türkiyənin yanında oldu, sayın Ərdoğanın yanındaoldu, bütün türk düşmənlərinə meydan oxudu! Heç nədən çəkinmədi və Türkiyəni tək qoymadı. Və təkcə Türkiyənin yanında olmadı,həm də Türkiyə-Rusiya münasibətlərinin normallaşmasıüçün əlindən gələni əsirgəmədi, öz ağsaqqallığınıelədi, ağsaqqallıq yaşa baxmır. Və təbii ki, biz Qazaxıstanın möhtərəm prezidentiNursultan Nazarbayevin də bu münasibətlərin normallaşmasında çabalarını və ağsaqqallığınıxüsusilə qeyd etməliyik.

Və hər iki müdrikprezidentin apardığı məqsədyönlü siyasətləri və səyləri nəhayət, özbəhrəsini verdi. Və bir daha görürük ki,türklər körpülənəndə böyük olurlar, özü dəçox böyük olurlar. Və hətta həmişə Türkiyənin əleyhinə danışan Jirinovskidə dedi ki, Türkiyə bizə Ermənistandan daha yaxındı və daha vacibdi.

Deyəcəksiniz, türküntürkdən başqa dostu yoxdur, söyləyirsizsəbəs onda Rusiya? Əvvəla, mən istərdim ki,türkün türkdən başqa dostu olsun, millətlər hürr içində yaşasın. Nazim Hikmət demiş,yaşamaq nə gözəl şey, bir orman kimi, kardeşcəsinə. İkincisi, bir az əvvəl Putinin fikriniyazdım axı. Rusun dərisini qaşısan, altından türk çıxacaq.Budur dünyanı narahat edən.


Son zamanlar yazmıram Tanrı Türkü qorusun, çünki daha Tanrı Türkü qorumur.

İndi son zamanlarbelə yazıram: «Türk türkü qorusun! Və Türk Tanrını qorusun!» Çünki artıq görürük ki, bizdən başqa hamı Tanrıdan üz döndərib.


TƏQVİM / ARXİV