adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

İtirilən səkkiz oğul, qan qoxuyan vaqonlar, bir gecə yaşayan əsir qadın

REY KƏRİMOĞLU
21901 | 2013-01-31 11:55

Layihə:"Kəşfiyyatçının xatirələri"

Dost-tanışyaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara dahəmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlıbaş verən bir neçə xoşagəlməz hadisələr bu işdən daşındırıb məni. O günlər eləhey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları varki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxtyazılırsa yazılsın... Elə məqamlar var ki, onlar heç vaxt unudulmur.

Digərtərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasınaşəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalaninsanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərindəyaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməniişğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranmasıprosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən1991-1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədəntəsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam...

Bu da mənimbir vaxtlar yazmaq istəyib yaza bilmədiyim bir gündəliyin bir səhifəsi. İndi busəhifənin bəzi yerləri o qədər pozulub ki, oxunmaz hala gəlib. Amma hələ gecdeyil, nə qədər ki, biz - bu qanlı səhnənin gerçək şahidləri varıq, busəhifələri bir yerə toplayıb o günlərin xatirəsini əbədiləşdirməliyik. Tamamiləoxunmaz hala gəlmədən...

...Həmingün biz Qazançı döyüşündə səkkiz oğul itirdik. Səkkiz oğul! Məmməd müəllimi(Ağdamın Bağbanlar kəndi), Manafı, Əyyubu (Ağdamın Saybalı kəndi), Hümbəti(Ağdamın Bağbanlar kəndi), Maarifi (Ağdamın Qiyaslı kəndi), Baratı (AğdamınXıdırlı kəndi), Şiraslanı (Ağdamın cinli kəndi) və Əlabbas İsgəndərovu (AğdamınMollalar kəndi)...

O döyüşdəçoxlu itki verdi ermənilər, silah-sursatla birgə 15 nəfər də əsir götürdük.Əsir götürdüyümüz erməniləri, meyitləri Xocalıda əsir düşmüş insanlarladəyişdirdik. Əsir düşənlər arasında hələ sovet dönəmində ermənilərin separatçıməqsədləri üçün vəsait toplayan gizli təşkilatın - "Krunk"un fəallarındanbiri, həm Qazançının müdafiəsini, həm də azərbaycanlılar yaşayan kəndlərəhücumları, qətlləri həyata keçirən Arutunyan Barxudar da var idi...

 

15-ci yazı

 

Vaqonhospital və erməni əsirləri

 

Martın 4-dəbiz Qazançını erməni silahlılarından təmizləyib, kəndin ətrafındakı yüksəklikdəpostlar qurduq. Axşam yaralı döyüşçülərə baş çəkmək üçün Ağdam dəmir yol stansiyasında yaradılmış qatarlardayerləşən hospitala getdik. Burada Rafiqi, Həsəni gördük, digər yaralılarımıza başçəkdik.

Bu qatar hospitalmənə Böyük Vətən müharibəsi haqqında çəkilmiş, alman təyyarələrinin hər anbombalaya biləcəyi dəmir relslər üzərindəki hospitallar gördüyüm kinolarıxatırlatdı. İlk dəfəydi ki, elə dəhlizindəncə yod, dərman və xlor qoxusuduyurdum bu vaqonların. Axı həmişə onlarla burdan - Ağdam dəmir yolstansiyasından yırğalana-yırğalana Bakıya və keçmiş SSRİ-nin digər şəhərlərinəgetmişdik. Onlarla xatirəmiz var bu vaqonlarda. Amma indi onlar yaralıəsgərlərimizin xilas edildiyi xəstəxanaya çevrilmişdi.

Gecəbatalyona qayıtdıq, öz kəşfiyyat dəstəmizin yerləşdiyi binaya girdik. Bütünbunlar mənə indi xatirədən daha çox bir hekayə kimi gəlir. Gündüz döyüşdəolduğum geyimdə, elə o cür - ayaqdan başa qədər palçığın içində çarpayıyaoturdum. Qucağımda tutduğum avtomat da palçıq idi...

Gün ərzindəbaş verənləri fikirləşə-fikirləşə düz səhərə qədər eləcə oturdum çarpayıda.Arada ayaqlarımı altıma yığım lap bardaş da qurdum təmiz yataq dəstiminüstündə.

İlk dəfəydimüharibədə belə açıq döyüş görürdüm, dost itirirdim...

Əsirgötürdüyümüz ermənilərin sifətləri bir-bir kino lentinin stop-kadrı kimi gəlibgözümün önündən keçirdi. Barxudarın, cavan və qocaların, qadınların mərhəmətistəyən sifətləri. Xocalı hadisəsindən cəmi 6-7 gün sonra baş verdiyindən həmyerli, həm də əslən Xocalıdan olan əsgərlərimiz çox qəzəbli idi. Onlarəsrilərlə kobud davranmağa çalışırdılar. Şirin Mirzəyev o ermənilərətoxunmamağı tapşırmışdı. Xüsusi qaydada qoruyurdular onları. Amma arada subaşına, filana aparanda uşaqlar hərdən təpikləyirdi o erməniləri...

Qoca və xəstəbir qadın var idi, çox ağır idi vəziyyəti, amma onun da sifətində daimi biryalvarış var idi. Yalvarırdı ki, onu öldürməyək, bizə vədlər verirdi, deyirdi,oğlu haradasa yaxşı yerdə işləyir... Nəyin bahasına olursa-olsun yaşamaqistəyirdi bu qoca, xəstə və vəziyyəti ağır olan qadın.

Onlarıxatırladıqca gözümün önünə Xocalıda ermənilərin törətdiyi dəhşətlər, fevralın26-da ermənilərin əlindən qaçıb Ağdama pənah gətirən qız-gəlinlərimizin, körpəuşaqlarımızın vəziyyəti gəlirdi. Mənə çox ağır gəlirdi bütün bunlar. Axıillərlə bir yerdə yaşadığımız ermənilər niyə belə elədilər?! Nələri çatmırdıonların?!... İndi mənim ürəyimi üzən o dəhşətli səhnələr nəyə lazım idi?!

O qoca,xəstə, erməni qadını cəmi bircə gecə yaşadı... Sifəti hələ də gözümünqarşısındadır o qarının, elə Xocalıdan olanların da (Müharibədə gördüyüm erməniqadınları haqqında ayrıca bir yazı olacaq. R.K.).

 

Arutunyanın21 əvvəl

Sərkisyanaünvanladığı məktub

 

Qazançıdöyüşündə əsir götürülən 15 nəfərdən biri - hələ sovet dönəmində ermənilərinseparatçı məqsədləri üçün vəsait toplayan gizli təşkilatın -"Krunk"un fəalı, həm Qazançının müdafiəsini, həm də azərbaycanlılaryaşayan kəndlərə hücumları, qətlləri həyata keçirən Arutunyan Barxudar idi.Onun 9 mart 1992-ci ildə Ermənistanın indiki prezidenti, o vaxt "DağlıqQarabağın müdafiə naziri" olmuş Serj Sərkisyana ünvanladığı məktub var.Arutunyan öz əli ilə yazdığı həmin məktubda Qazançı döyüşündən bəhs edir, əsirdüşmüş on bir erməninin taleyi ilə bağlı Sərkisiyandan kömək istəyir. Məktubunmətni iləLent.az-ın oxucularını tanışetmişdik, xatırlatmaq üçün bir daha təqdim edirik:

 

"DağlıqQarabağ Respublikasının" müdafiə naziri yoldaş S.Sərkisyana

Mardakertrayonunun keçmiş Qazançı kəndinin sakini Arutyunyan Barxudar tərəfindən

 

Ərizə

 

Yazıb sizəbildirirəm ki, bizim kəndimiz 4-5 mart günlərində Azərbaycan silahlıqruplaşmalarının güclü hücumuna məruz qalıb və güclü döyüş nəticəsində büsbütünməhv edilərək külə dönüb. Əhali tam olaraq kənddən qovulub. Çoxlu həlak olan vəyaralananlar vardı. Hazırda 11 (on bir) nəfər (mən də daxil olmaqla) əsirƏlimədətli kəndindəki hərbi hissənin sərəncamındayıq. 3 kişi və 8 qadındanibarət 11 nəfər: hamısı ahıl yaşda və hamısı da köməksiz qocalar. Əgər sizlazımi kömək göstərməsəniz burada onların hamısı boşuna və izsiz-tozsuz həlakolacaqlar. Biz yox olacağıq. Bir daha sizin diqqətinizi bu işə cəlb edirəm!Bizə təcili və təxirə salmadan yardım etməyinizi xahiş edirik. Buradakıkomandirlər bizi sizin əlinizdə olan Azərbaycanlı girovlarla dəyişməyə hazırlıqnümayiş etdirirlər. Mübadilə üçün tələsməyinizi xahiş edirəm. Vəziyyətdəhşətlidir.

Bundanbaşqa, mən bizim kəndimizin dağıdılmasının və büsbütün məhv edilməsinin barizşahidi olmuşam. Kəndin məhv edilmə və yandırılma görüntüləri dəhşətli idi. Axanqanlar dözülməz idi. Bütün imkanlardan istifadə edərək qan axmasını,yanğınları, hər hansı yolverilməz halları dayandırmaq və milli məsələni təcilisülh yoluyla həll etmək lazımdır. Mənə elə gəlir ki, bizim başqa çıxış yolumuzyoxdur. Günü-gündən bizim itkilərimiz və qurbanlarımız artır. Təcili komissiyayaradıb sülh planı və ya aktı hazırlamaq lazımdır.

 

Xahişedən:  "Arutyunyan

Barxudar, 9mart 1992-ci il"

 

Mən ermənidöyüşçüsünün məktubunun Sərksiyana yetişib-yetişmədiyini dəqiq bilmirəm. Ammao, həmin vaxt B.Arutunyanın həm Ağdərə rayonunun rəhbərliyinə, həm də ŞirinMirzəyevə eyni xahişlə, lakin başqa məzmunlu məktublar ünvanladığını və onlarınünvanına çatdığını bilirəm. Onu da qeyd edim ki, B.Arutunyan əsirlikdən qaçmaqistəyərkən əsgərlərimiz tərəfindən güllələndi.

AzərbaycanınMilli Qəhrəmanı Allahverdi Bağırovun rəhbərliyi ilə B.Arutunyannın cəsədi vədigər 10 erməni əsirlikdə olan, səhv etmirəmsə, Xocalının 130-a yaxın sakininədəyişdirilib.

Dərəyədüşmüş tankımız...

Martın 5-dəbizə kömək üçün verilmiş BMP-lərin dəstəyi ilə kəndə endik... Uşaqlar Məmmədmüəllimin axşamdan kənddə qalmış cəsədini də onda götürdülər.

Onu da qeydedim ki, əməliyyat başlayanda yeganə tankımız hələ Qazançıya çatmamış sürüşərəkdağdan dərəyə düşmüşdü. Uşaqlar nə illah elədisə, tankı işə sala bilmədilər.Martın 5-də Şirin Mirzəyevin tapşırığı ilə təmir rotasının komandiri YunisləAzərbaycanın Milli Qəhrəmanı, mərhum Fred Asifin (Asif Məhərrəmovun) yanınagetdik. Fred Asif Ağdam şəhərinin Muradbəyli hissəsində yerləşən hərbi hissənin(sonradan ora Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi oldu) komandiri idi.

Onunrəhbərlik etdiyi hərbi hissədə tankı qoşqu ilə dərədən çıxara biləcək"BAT" deyilən bir texnika var idi. Fred Asifi hərbi hissədə tapabilmədik, dedilər "raykomdadır". Ağdam rayonunun rəhbərliyi yerləşən"raykomun" binasının qabağında görüşdük Fred Asiflə. Şirin Mirəzyevinyazdığı məktubu ona verdik. Bizimlə hərbi hissəyə gəldi. Orada bizə lazım olantexnikanın verilməsi üçün tapşırıq verdi. Uzun illərdir işləməyən "BAT"ıişə salmaq xeyli vaxt apardı. Min bir əziyyətlə onu işə salıb oradan çıxdıq,gecə birtəhər gəlib öz batalyonumuza çatdıq... Neçə gün sonra tankı dərədənçıxartdıq...

 

Batalyonumuzunhəyəti

 

Azərbaycanınilk batalyonu Ağdam rayonunun Xaçındərbənd kəndindəki peşə məktəbindəyerləşirdi. Biz buraya 1991-ci ilin oktyabrından köçmüşdük. Şirin Mirzəyevinotağı və batalyonun qərargahı yerləşən birmərtəbəli binada həm rabitəçi qızlarotururdu, həm də dərman anbarı yerləşirdi. Bizim kəşfiyyat dəstəsininyerləşdiyi bina Əfqanıstan müharibəsi veteranı Hidayət İbrahimovun komandirolduğu minaatanlar dəstəsi ilə baş-başa idi. Bizdən aşağıda, sol tərəfdə isəKərim Cəlilovun rəhbərlik etdiyi istehkamçı ("sapyor") dəstəyerləşirdi. Bizdən aşağıda, sağ tərəfdə Rasim Edilovun gənclərdən ibarətdöyüşçülər rotasının binası idi.

Yuxarıtərəfimizdə isə Diləfruzun, Raisənin və digər həkimlərin tibb bacılarınınolduğu tibb məntəqəsi idi. Bizim dəstə yerləşən binanın bir hissəsi isətəchizat dəstəsinin anbarı idi. Burada döşəkağı, yorğanüzü, yastıq üzü, əl-üzdəsmalları və sairə dəstlər olardı. Boş vaxtlarımızda batalyonun meydançasındafutbol da oynayardıq. Ən maraqlı oyunlar Seyidli rotası (minaatanlar dəstəsi)ilə Qiyaslı rotaları arasında olardı.

Futbolmeydançasının yaxınlığında yeməkxanamız, yeməkxananın solunda və arxasında isəərzaq anbarları yerləşirdi. Onlardan bir qədər aşağıda isə yanacaq çənlərimizidi. Avtopark da yanacaq çənlərindən sonra gəlirdi.

Xatirələrimizdəadını çəkdiyim uşaqların böyük əksəriyyəti ilə bax bu həyətdə tanış olmuşduq. Kimisi şəhid oldu, kimisiyarımcan, kimisi isə itkin düşdü...

 

Bizimkəşfiyyat dəstəsi və ya ermənilərin arxa cəbhəsində əməliyyat

 

FəxrəddinRəcəbovdan sonra bizim kəşfiyyat dəstəmizin komandiri Əkbər Məmmədov idi. SonraƏkbər 3-cü batalyona komandir təyin olundu deyə, onun yerinə müavini EldarSəmədovu qoydular. Mən də Eldarın müavini oldum.

Kəşfiyyatdəstəsinin döyüşçüləri bunlar olub. Fəxrəddin Rəcəbov, Şəfayət Əliyev, Vüqar,Çingiz, Rafiq Kərimov, Əlabbas İsgəndərov, Həsən Mehdiyev, Aydın, AzadRamazanov, mən, Ziyad Əliyev, Sənan Rüstəmov, Qırımxan Novruzov, Rövşən,Məhəmməd Nağıyev, Fərman, Pərviz, Azad Musayev, Faiq, İntizam, İdris kişi,Əlabbasın qardaşı Çingiz... Əvvəldən axıracan kəşfiyyatda olan əsgərlərimizbunlar idi. Ola bilsin, kimisə unutmuşam, hər halda mənim yadımda qalanlarbunlardır.

Qazançıəməliyyatından sonra kəşfiyyat işlərimiz də daha da çoxaldı. Demək olar ki,kəşfiyyat dəstəsi hər an düşmənin arxasındaydı. Rəhmətlik İdris kişiylə(Hümbətov İdris) xeyli əməliyyatlar həyata keçirdik...

Martınortaları idi... Hələ dağlarda qar tam əriməmişdi... İdris kişi, Qırımxan,Ziyad, Fərman və mən Xankəndi-Ağdərə yolu ilə ermənilərin hərəkətlərinimüşahidə etmək üçün gecə yola çıxdıq. Ermənilərlə təmas xətti ilə Qaralar kəndiarasındakı Xaçın çayından adlayıb, erməni postlarını sakitcə keçib nəzərdə tutulan yerə doğru irəlilədik.

Gecə qarıərimiş palçıq yollarda yerimək nə qədər çətin idisə, çayı keçərkən qurşağaqədər islanmış qalın paltarlarımız da bir o qədər işimizi çətinləşdirirdi...İşıqlaşana qədər yol getdik. Hərdən meşə ağaclarının qurumuş qanadlarını küləkvurub yerə salanda yaranan şıqqıltını əvvəlcə qulaqlarımızda, sonra beynimizdə,ardınca isə ürəyimizdə hiss edirdik...

Bizdəfələrlə bu halla qarşılaşsaq da, yenə də eyni hissi yaşayırdıq. İdris kişihəmişə öndə gedərdi. Növbəti dəfə şıqqıltı səsi onu adəti üzrə olduğu kimi,yenə yerə çömbəlməyə vadar etdi və o bizə "sakit olun" komandasıverdi. İdris kişinin bu komandası hansısa meşə quşunun, adətən, gecə çıxardığısəsi yamsılaması idi. Deməli, ciddi təhlükə var! Qarşıdan düz bizə tərəf birdəstə erməni əsgəri gəlirdi...

Qeyd: 13-cüyazıda "Yanımda Şəkidən olan bir neçə nəfər əsgər də var idi"yazmışam. Amma əslində o əsgərlər Şəkidən yox, Qax rayonundandılar - Mustafa,Atəş, Nurəddin və Rafael...

 (Ardı var)

TƏQVİM / ARXİV