CƏNAB NAZİR

ƏBÜLFƏT MƏDƏTOĞLU
56926 | 2016-07-01 18:10

Adətən şənbəgünləri üçün yazdığım yazıları zaman-zaman içimdə gəzdirib sonra ürəyiminpıçıltısı kimi bilgisayara diktə edirəm. Və həmin o yazıları sonradan oxuyandada nəyisə unutduğuma, nəyinsə yanından keçdiyimə görə çox da narahat olmuram.Bilirəm ki, bu yazılar günün, ayın istənilən vaxtında yenidən bir də qapımı döyəcək,yenidən bir də hansısa formada mənimlə üz-üzə gələcək. Mən də onda həminunutduğum, yanından keçdiyim məqamın ətəyindən tutub o yazını indi də başqa birampulada araya-ərsəyə gətirəcəm. Amma...

Bilmirəm təsadüfdür,yoxsa zərurət, bu həftənin şənbə yazısı çox ciddi bir günə təsadüf edir. Eləbir günə ki, onu təqvimdə də qırmızı rəngə boyayıblar, elə həyatımızın özündə dəbir ciddilik kimi özünü bizə xatırladır. Ən azından ona görə ki, biz hər günonlarla bir yerdəyik, bizim dincliyimiz, rahatlığımız, əmin-amanlığımız evimizdəqayğısız yatıb, küçələrdə qayğısız, təhlükəsiz dolaşmağımız hamısı onların xidmətidir.Lap konkret ifadə etsəm, bizim yaşamımız üçün qanunların ölçüb-biçdiyibütün çərçivələri, bütün müstəviləri nəzarətdəsaxlayan, burada hər şeyin yerli-yerində olmasına göz qoyan məhz onlardır. Vəbiz hər birimiz də ən kritik məqamda əlimizi telefona atıb köməyə onlarıçağırırıq! Bu gün isə...

Azərbaycan müstəqillikəldə etdikdən sonra bütün dövlət qurumarı kimi daxili işlər orqanları da yenimüstəvidə, müstəqil dövlətin qanunlarının verdiyi, yaratdığı şəraitin içərisindətəşəkkül tapmağa və bir az da təkmilləşməyə başladı. Sovet dönəminin bir çoxinzibati xidmət elementləri bu qurumdan ələnib götürüldü. Necə deyərlər, müstəqilAzərbaycanın digər dövlət qurumları kimi, Daxili İşlər Nazirliyi də onun"boyuna biçildi". Bu, həm həyatın tələbi idi, həm də müstəqil dövlətinözünün mövcudluq, fəaliyyət, yaşam prinsiplərinin bir bölümü, bir xətti idi.Deməli, həyat elə gətirdi ki, digər qurumlardan daha çox məhz bu qurum döyüşə-döyüşəsəngərdə, küçədə, meydanda yeniləşməyə, yenidən qurulmağa başladı. Çünki buqurum artıq Dağlıq Qarabağ hadisələrinin fonunda həm də əsgərə çevrilmişdi.Onun üçün asayişin qorunması ilə yanaşı, kəndlərin, evlərin, torpağın qorunmasıda bir tələb kimi, bir zərurət kimi, bir vətəndaş vəzifəsi kimi gündəmə gəlmişdi.Əgər bir anlıq 90-cı ilin əvvəlinə qayıtsaq, xüsusilə 1988-ci il fevral ayındanhadisələrin alt qatına işıq salsaq, onda görərik ki, o vaxtkı milis, bugünküpolis bir əlində avtomat, bir əlində ərizə-şikayətlər növbə çəkirdi. Gecələr səngərdə,kəndlərin giriş-çıxışında, gündüzlər isə iş otaqlarında, hadisə yerlərində. Mənbu kiçik cümlədə elə bilirəm ki, təsəvvür yarada bildim. Hər kəs, xüsusilə gəncnəsil 1988-ci ilin fevralından başlayano prossesləri gözünün önünə gətirdi. Amma mən burda bir məqama datoxunmaq istəyirəm. Bəzilərindən fərqli olaraq həmin hadisələrin canlı şahidlərininbiri mənim özüməm. Həm Dağlıq Qarabağda, həm onun ətraf rayonlarında bu prosesianbaan, necə deyərlər, nöqtə-vergülünə qədər izləmişəm, görmüşəm. Elə ona görədə mən bir vətəndaş olaraq bugünkü Azərbaycan polisinin 1988-ci ilinfevralından 2 iyul 2016-cı ilə qədər olan dövrü bir era hesab edirəm, bir zamankəsiyi kimi təsəvvürümdə formalaşdırmışam. Bu zaman kəsiyinin içərisindətanıdığım, gördüyüm, dost, qohum olduğum kifayət qədər polis əməkdaşları varki, onlar mənim gözümdə, mənim ürəyimdə hər gün pillə-pillə böyüyüblər,ucalıblar və... Həmin o ağır döyüşlərdə, müharibənin "daş dövründə"onlar hər gün nişangah olublar... onlar hər gün ölüb-diriliblər. Onlarınsırasından hər gün kimsə şəhid olubdu. Və mən də bu şəhidlər üçün, bu əlilolanlar üçün göynəyən, ağlayan insanlardan biri olmuşam. Çünki mən onları özümqədər tanımışam... çünki mən onlara özüm qədər güvənmişəm... çünki mən onlaraözüm qədər inanıb sadə şəkildə desəm, hətta həyatımı etibar etmişəm...

İndinin özündə,lap elə bu dəqiqə, bu an mən həmin zamankəsiyini yaddaşımdan, gözümün önündən keçirəndə hamısı bir-bir gəlib dururlar mənləüzbəüz. Sifətlər tanış, baxışlar doğma, təbəssüm mehriban, sıxılmış yumruq qətiyyətli,söz kəsərli və sərt. Bu adamlar elə bil ki, əyindəki o mundiri geyinmək üçün, çiyinlərindəki yüküdaşımaq üçün dünyaya gəlimişdilər. Elə ona görə də onlar ölkənin müxtəlif güşələrindənDağlıq Qarabağa və ətraf rayonlara ezamiyyətə gələndə də tərəddüd etmirdilər. Nəüçün göndərildiklərini, niyə gəldiklərini suala çevirmirdilər. Gəlib onlar kimidüşünən, onlar kimi vəzifə daşıyan həmkarıyla bir səngərdə duranda hər şey elə o səngərin içindəki auarının tələbləriylə,biçimiylə eyniləşridi, daha "gəlmə" və "yerli" milis- polissöhbəti qalmırdı ortalıqda. Çünki onlar hamısı həmin andan həm əsgər olurdular,həm də milis-polis!

Bəli,xatırlatdığım bu zaman kəsiyinin içərisində yaşayan və hələ də yaşamaq haqqınınAllahın verdiyi qədər olacaq xeyli sayda polis əməkdaşının adını birnəfəsə diktəedə bilərəm. Onların içərisində sıravi də var, zabit də, hətta şöbə rəisi də.Çox da uzağa getmirəm. Eləcə polkovnik Binnət Məmmədov - Füzulidə... RəhmətlikRəşid Məmmədov - Cəbrayılda, Ağdamda... Sahib Həsənov - Xocavəndə Vaqif Məhərrəmov- Cəbrayılda... Sadir Məmmədov - Xankəndidə...Sabir Məmmədov - Xocalıda... Laçında Akif Səlimovu... Səədin Səfərov - Zəngilan... Faiq Kərimov - Qubadlı... Hüseyin Qarayev - Xocavənd... Mən bu adamların iş otaqlarının az qala bir qərargaholduğunu, bir müvəqqəti gözün acısını çıxarmaq üçün yuva olduğunu dəfələrləmüşahidə etmişəm. Bu rəislərin öz əməkdaşları ilə bir yerdə necə silahasarıldıqlarını da görmüşəm... necə müharibənin verdiyi fasilədə ailə quran həmkarlarınıntoyunda qol qaldırdıqlarını da... şəhid həmkarları üçün göz yaşları tökdüklərinidə... Və eyni zamanda dediyim bu zaman kəsiyinin içərisində fəaliyyət yoluQarabağdan Şirvana, Naxçıvana, yenidən hadisələrin cərəyan etdiyi ən qaynarnöqtəyə gəlib çıxan bir polis zabitinin daxili işlər naziri olmasını dayaddaşıma yazmışam. Mən Xankəndidə pasport rejiminin yoxlanmasını və bu tədbirçərçivəsində qəbul olunan qətiyyətli qərarların da həm iştirakçısı, həm şahidiyəm...Mən daxili qoşunların səngər, kazarma həyatınıda izləmişəm. Onlarla birlikdə çörək də kəsib mərasimlərində iştirak etmişəm.Laçın polkunun səngəri tərk etməyən və şəhidlik zirvəsinə yüksələn polis nəfərlərinibu gün də unuda bilmirəm. Ağdam polkunun komandiri Məmməd Hacıyevi yaddaşıma əndoğma adam kimi yazmışam... General Ramiz Xosrov oğlu Məmmədovu Qarabağda,xüsusilə Füzulidə necə təşkilatçı kimi, rəhbər kimi, öz tabeçiliyində olanlaravalideyn kimi yanaşmasının müşahidəçisiyəm. Və yaxud "QaraPolkovnik"in, yəni Fətulla Hüseynovun döyüş bölgəsindəki xidmətləri şahidioluğum tarixdi... Ümumiyyətlə, mən bu müharibədə Milli Qəhrəman adı qazanmış,eləcə də neçə-neçə fəxri adlar, mükafatlar sahibi olmuş saysız-hesabsız polis əməkdaşlarınıbu gün fəxrlə, ən doğma adamlarım kimi xatırlayıram. Onların çoxları iləmünasibətlərim bu gün də davam edir. MənTuğda şəhid olan polis nəfəri doğmam Oqtay Hüseynovu... mən Xocalıda şəhidolan əzizlərimi, eləcə də taleyi barəsində dəqiq məlumat olmayan Şahin Kamranoğlunu necə unuda bilərəm?..

Bütün bunlar bəlkədə bir ömrə sığmayan, bir yaddaşda sıxılıb qalan bir həyat hekayəsidi. Ammainanın ki, bu bədii hekayə deyil. Bu, reallıqdı... bu, yaşadıqlarımızdı... Və mənhəmin o yaşadıqlarımızdan çıxış edərək indi, yəni bu bayram günündə bir məqamıda diqqətə çatdırmaq istəyirəm. Ona görə dəhər kəsə, xüsusilə bayramını qeyd edənlərə və Sizə cənab nazir, üz tutarım:

- Müstəqil Azərbaycanınbugünkü real durumu, onun əmin-amanlığı, onun yaşamaq üçün rahat olması iki şərtdənkeçir. Onun birincisi bu məmləkətin Azərbaycan olması və bu məmləkətinmemarının -dünyanın qəbul etdiyiÜmummilli Liderimizin adı ilə bağlıdı. Məhz Azərbaycan adlı məmləkətin Ulu Öndəribu topağın taleyini müsbət istiqamətdə müəyyənləşdirə bildi, onun yolunu, səmtiniseçdi, onu istiqamətləndirdi. Və layiqli varisi, bu işin sükanı arxasında UluÖndərə layiq bir səviyyədə dayandı və bu gün də dayanır. İkincisi, daxili işlərorqanının idarəçiliyi, rəhbərliyi məhz Sizə tapşırıldı, Sizə etibar edildi. Sizgöstərilən etimadı bu məmləkətdə doğrultdunuz, onu görmək üçün dörd gözəehtiyac yoxdur, hətta biri də kifayət edər. Təkcə xaos dövrünü, vətəndaşmüharibəsi dövrünü, keçid dövrünün ilk illərini, silahlı dəstələrin ləğvini, Azərbaycandakeçirilən möhtəşəm beynəlxalq tədbirlərin - istər mahnı, istər idman, istərsiyasi tədbirlərin... Bütün bunları əmin-amanlıq şəraitində başa vurmaq, təhlükəsizliyitəmin etmək, hər kəsə özünü evindəki kimi hiss etmək şəraiti yaratmaq - Sizinxidmətinizdir!

Mən bir vətəndaşolaraq görürəm, hiss edirəm, eşidirəm, oxuyuram və bilirəm ki, bugünkü daxiliişlər orqanı Azərbaycan iqtidarının ən bitkin, ən mükəmməl, ən mütəşəkkil birgüc qurumudur... bir köklü, təməlli güc strukturudur. Və bu struktur hər güncilalanır, hər gün müasirləşir, hər gün böyük dünyayla bir müstəvidə durubyanaşı addımlayır. Hələ bəzən onlar sizdən öyrənirlər də.

Cənab Nazir!

Bu bayram günündəhəyat yolunu, yəni 1988-ci ilin fevralından bu günə qədər olan bir zamanıgözümün önündə canlandırdığım daxili işlər orqanlarının fəaliyyətinə dair içimdənkeçənləri dilə gətirməyi bir vətəndaş kimi özümə borc bildim. Və böyük sevgiylə,güvənclə Sizə və rəhbərlik etdiyiniz dövlətqurumunun bütün əməkdaşlarına, Peşə bayramınız mübarək olsun! - deyirəm.Düşünürəm ki, həmin o zaman kəsiyini milis-polis dostlarımla birlikdə keçdiyimüçün mənim bu təbriki dilə gətirməyə azacıq da olsa haqqım var. Elə həmin haqqavə Böyük Haqqa güvənib bir daha deyirəm:

- CənabNazir, bayramınız mübarək!

ƏbülfətMƏDƏTOĞLU


TƏQVİM / ARXİV