adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

İstanbul faciəsi necə unudulur?

RÜFƏT SOLTAN
39325 | 2016-07-01 15:43

Türkiyəninİstanbul şəhərində "Atatürk” hava limanında baş verən dəhşətli Faciəninüzərindən 3 gün keçir ancaq mətbuatda ard-ardına dayanmayan köşə yazılarınarast gəlirəm. Hamısının ümumi məğzi isə belədir: "Biz faciə üçün qanağlayırıq”. Əslində hər kəsdən əvvəlağlamağı mən yaza bilərdim. Lakin yazmadım, çünki ağlamadım. Əslindəfaciənin baş verəcəyini 3 həftə öncədənbilirdim

Mətbuatdaişləyən biri üçün anonslara rast gəlmək normal haldır. Məsələn "Atatürk” havalimanında baş vermiş hadisədən bir müddət əvvəl İsrailvə ABŞ Türkiyədəki vətəndaşlarına terror hadisələrin olacağı ilə bağlıxəbərdarlıq etmişdi. Lakin yazmadım. Susdum. Kənardan bu ağlaşmayazılarına baxanda isə yenilik axtarmağa başladım. ”Atatürk” hava limanında ilkfotolar adi mənzərə idisə, sonradan görkəmli "image editor”larımız onları gözəlgörkəmə salıb daha kreativ element təqdim etdilər. Bu ağlaşmadan savayı birmetoddur. Sıradan bir vətəndaş olaraq məhz bunun tərəfdarıyam. Hər halda beləkreativ "aeroport” loqotipləri, yaxud xüsusi effektlərlə dizayn edilmiş"ata-oğul” səhnələri insana kreativ yöndən təsir bağışlayır. Yəqin siz dəfərqinə varmısız ki, xüsusi kölgə verilmiş partlayışın qurbanı olmuş vətəndaşınyerdə yatan cəsədi insanı kövrəltmir, sadəcə bu təsvir insana fəlsəfə verəbilər. Həmin şəkilin orijinal variantı – Bax elə ən çətinin buna dözməkdir,xalqın içini göynədən, qəlbinə sancılan, gözlərdən sel axıdan təsvirlər məhzhəmin orijinal şəkillərdə gizlənir.

Faciəhaqqında yazanların bir qismi isəolmuşları bir az üzərinə duz səpməklə daha dolğun və ləziz formaya salıbyazırlar, beləcə xalq təkrar informasiyalarla ağlamağa davam edir. Dedim,kifayətdir, fərqli arzuları təcəssüm etdirək, bu hadisələri nə faktlarla (ölüsayı), nə də kreativlikdən uzaq olan təsvirlərlə təqdim edək. Nə də ki, doğmaların fəryadları ilə bəzəyək.Qətiyyən belə etmək istəmirəm. Dilədiyim odur ki, oxuculara İstanbul faciəsiilə bağlı tamam fərqli baxış bucağı bəxşedəm. Məsələn: Bir sərnişinin ölümünün onu haqlı, yoxsa haqsız qarşılaması.Nəyə görə onun övladı dünyaya gələndə hava limanında platformada cansızşəkildə uyumalı idi? Axı nə səbəbdən 10 gündən sonra toyu olacaqdı, terrorda öldü? Bunun kimi, maraqlı faktlar hər zaman ortaya çıxır.


Bəli,sizə məhz bu cür maraqlı məlumatlar ötürmək istəyirəm ki, üzüntünü üzərinizdənatasınız. Bu informasiyanın yayılmasının ikinci mərhələsidir. Son iki günərzində İstanbul faciəsi ilə bağlı statistikaları oxuyurduq. Həmin ərəfədə "ağlamalı” köşə yazılarınümayiş olunmağa başladı. Yadınızdadırsa, yaxın tarixdə Türkiyənin Manisa vilayətindəbaş vermiş "Soma” kömür mədəni faciəsinin ardınca Azərbaycanda nazirin müavinifaciə qurbanları üçün göz yaşı tökdü, sosial şəbəkələr Soma atəşi ilə yanıbtökülməyə başladı, şəkillər "Soma”formatında təqdim olunurdu və s.

Kömürünaltında dostunu axtaran şaxtaçı "Məni buraxın, onu xilas edin, onun hamilə olanhəyat yoldaşı gözləyir” deyə yalvaranda açığı gözlərim dolmuşdu. Hər halda dostnisgili ürəyi dağladan kimi, insanın psixologiyasına da təsir edir. Bir anlıqöz dostun gözlərimin qabağında canlanır. Daha bir hadisədə ambulansayerləşdirilən yaralı "ayaqqabılarımı çıxarım, ədyal çirklənməsin” – israrladeyirdi. Bu hadisə gündəmdə Soma ilə bağlı ikinci mərhələnin ən məşhur xəbəriolmuşdu. Sonra hər şey bunun ətrafında dövr etməyə başladı. Biri məharətliçıxdı və həmin şaxtaçının evinə gedib reportaj hazırladı. Media işıqlandıran daisə başlıq belə idi: "Somanın məşhur şaxtaçısı”. Baxın, mənim tərəfdarı olduğummövqe budur. Bu cür yazı başlığı ilə kim ağlayar? Hərçənd onu başqa cür təqdimedə bilərdik. Məsələn, "Sağ qalan şaxtaçıdan qəlbləri sızladan reportaj”. Ammabelə olmadı.

Bu günikinci mərhələdən daha bir xəbər oxudum. Mədənçi ata ölən gün övladı dünyayagəldi. Bu xəbər digərlərindən fərqlidir. Çünki ata insanları kədərə qərq edir,övladı isə bu kədəri uzaqlaşdırmağa çalışan qüvvə rolunu oynayır. Hər halda bunu da "Soma”nın unudulmasınınikinci mərhələsinə aid etmək olardı.

Üçüncümərhələ faciə ilə bağlı "sabahın proqnozu”dur. Baş nazir ölkədə 1 günlükmatəm elan etdi. Matəm dövrü bitəndən sonra sonuncu mərhələ də başa çatmış olacaq.Yəqin ki, sonucu mərhələdə "Soma” köynəkləri, "Soma” tatuajları çıxdığı kimi,bu gün də "Qanlı hava limanı”, "Acınız acımızdır” kimi şüarlar haqqındaxəbərlər duyacağıq.

RüfətSOLTAN


TƏQVİM / ARXİV