İŞIĞA GEDƏN YOL

ƏBÜLFƏT MƏDƏTOĞLU
59883 | 2016-07-04 11:10



Azərbaycan mətbuattarixinin özülü olan və həm də bu mətbuatı öz çiyinlərinə qaldıran Həsən bəy Zərdabininbütün həyatını bir tarixi romanda əks etdirmək və bununla da həm ədəbiyyatçı, həmictimai-siyasi xadim, həm vətəndaş, həm də bir ailə başçısı kimi xalqınsevimlisini yenidən ona təqdim etmək olduqca çətin və məsuliyyətli bir işdir. Məniminancıma görə, elə şəxslər var ki, onlara gərək toxunmayasan, onlar haqqındaxalqın bildiyini və xalqın onu müqəddəsləşdirdiyiniqəbul edib, sadəcə bu ehtiramı, bu mərhələni qorumaq, gələcək nəslə ötürməkdaha gözəldir.

Amma burda bir məqamvar, o məqam da həmin o müqəddəsi durduğu mərtəbədən daha yüksəyə qaldırmaq,onun özünü, dünyasını bütün çalarlarıyla, özü də bəlli olmayan tərəflərini ifadəetmək, təbliğ və təlqin etmək bacaran üçün, yükün altına çiyin verən üçünalqışa layiq bir addımdı. Bunu qiymətləndirməmək ən azından insafsızlıq olar.Bax, bu mənada Sona Vəliyevanın"İşığa gedən yol" tarixi romanı mənim inancımı həqiqətən alt-üstetdi. Yəni mən gördüm, duydum, öyrəndim ki, şəxsən bir oxucu, bir vətəndaşolaraq Həsən bəy Zərdabi haqqında bilmədiyim kifayət qədər məqamlar varmış. Həminməqamları bu tarixi romanın müəllifi sadə,amma dəqiq faktlarla zamanının ictimai-siyasi mühitini bütün ştrixləri ilə ifadəetməklə mənə və bütün oxuculara çatdırıbdı. Deməli, romanın ikinci hissəsi əslindəHəsən bəy Zərdabinin bir fərd, bir vətəndaş kimi deyil, həm də bir ailə, millətfədaisi olmasını qabardıb. Əgər xatırlayırsınızsa, mən yazımın birinci hissəsində,yəni romanın birinci bölümü ilə bağlıfikirlərimi ifadə edəndə vurğulamışdım ki, həmin zaman kəsiyi Həsən bəyin uşaqlığı, yeniyetməliyi, gəncliyivə ictimai mühitə atılması ilə bağlıdır. Amma romanın ikinci hissəsində artıqsöhbət kifayət qədər oturuşmuş, hadisələrə qiymət verməyi bacaran, siyasiproseslərə təsir etmək gücündə olan birictimai-siyasi xadimdən söhbət gedir. Bu hissədə artıq Həsən bəy Zərdabiməmurluqdan ictimai xadimliyə, siyasi fiqura, eləcə də tanınmış ədibə doğru yolgedir. Bu yolda o artıq əvvəlki təkliyindənöz ətrafına cəm etdiyi həmfikirləri ilə, tələbələriylə, onu qəbul edənlərləbirlikdə qədəm qoyur. Bunun da bir səbəbi var, o da Həsən bəy Zərdabinin həm şəxsiyyətkimi bütövlüyü, həm cəsarətli olması, həm də təhsili. Bax, bu üç arqument Həsənbəy Zərdabini hamıdan fərqləndirib göz önünə gətirib. Artıq maddiyyat yox, mənəviyyattəsir gücünə malik olub. Varı, dövləti, malı-mülkü olan bəylər indi onunlagörüşmək, onunla söhbət etmək üçün məqam axtarırlar, bunu özləri üçün şərəfsayırlar. Ona görə ki, Həsən bəyin nəsil-nəcabəti, ətrafı və tutduğu yol onlarıbuna məcbur edir.

Təbii ki,romanın müəllifi əsərin ikinci hissəsində Həsən bəyin necə böyük fiziki gücə, dərinzəkaya malik olduğunu göstərmək üçün onun təkcə özünü yox, həm də onun yanındaolanların dilindən, hərəkətindən, ifadə etdiyi fikirlərdən istifadə etmək üsuluilə Həsən bəyi bir az da önə çəkir, bir az da qabardır. Məsələn, dövrünaydınları, ziyalıları, ölkənin hansı bölgəsində yaşamasından asılı olmayaraq Həsənbəylə münasibət qurmağa çalışır, onunla tanışlığı, dostluğu şərəf sayır, onunlaməsləhətləşir. Bax, belə bir məqamda sıravi vətəndaşlar da Həsən bəyə ümid yerikimi yanaşırlar, ondan məsləhət alırlar, ondan kömək umurlar. Yazıçının məharətidə burda ortaya çıxır. O, ictimai zümrənin bütün fiqurlarını diqqət mərkəzindəsaxlayır, amma bu diqqətin mərkəzində təbii ki, Həsən bəy dayanır. Və məhz bu mərkəz,yəni Həsən bəy Zərdabi bir ictimai-siyasi fəal, bir ədib kimi deyil, həm də birata kimi, bir müəllim kimi də hər kəs tərəfindən bir örnək kimi qəbul olunur.Çünki onun ailəsi vahiddir, bütövdür, onun ailəsi bir yumruqdur. Eyni cürdüşünür, eyni cür münasibət bildirir, bu eyniliyin alt qatında isə, yəni ailənin,evin içində isə onlar müzakirə etmək, fikir bölüşmək, ortaq məxrəc tapmaqqabiliyyətlərini elə sərgiləyirlər ki, sonda nəticə etibarilə fikir yekdilliyialınır.

Bəli,"İşığa gedən yol" romanının ikinci hissəsində artıq Həsən bəy Zərdabibir qəzetçi kimi, "Əkinçi"nin yaradıcısı kimi təqdim olunur. Onun buyolda nələrdən keçdiyi oxucuya təqdim edilir. Və o da göstərilir ki, məqsəd, məramnaminə Həsən bəy dincliyindən imtina edir, dayanmır, durmur. Müxtəlif variantlar, müxtəlif vasitələr axtarır, əlaqələri,münasibətləri elə cilalayır ki, məqsəd çin olsun. Mən bu romanda xalqımızın çoxböyük qayğıkeşlərindən biri olan Hacı Zeynalabdin Tağıyevin bir şəxsiyyət kimi,bir millət fədaisi kimi göstərdiyi fəaliyyətin bir neçə sahəsi ilə tanış olmaqimkanı qazandım. Xüsusilə də onun Həsən bəy Zərdabiyə, eləcə də dövrünziyalılarına hamilik etməsi, dəstək verməsi,bunu da içdən, məqsədli şəkildə inancla etməsini çox böyük heyrət hissiylə izlədim. Və inanınki, müəyyən məqamlarda bu cür insanların varlığına görə Tanrıma şükürlər etdim."İşığa gedən yol" romanının ikinci hissəsində müəllif Həsən bəy Zərdabinin ailə həyatını, onunçiyindaşı, ömür-gün yoldaşı Hənifə xanımın düşüncələrini, duyğularını,bütövlükdə varlığını izləmək olduqca maraqlı idi. Azərbaycan qadınının ən mükəmməlsimalarından biri olan Hənifə xanımın bir qadın, bir ev xanımı, bir ana, bir müəllimə,bir ziyalı, nəhayət, bir ömür-günyoldaşı kimi tutduğu mövqe, özündə təlqin etdiyi hisslər o qədər səmimi və realdetallarla oxucuya çatdırılır ki, o, bir növ həm rəssamlıq məharətini, həm insan psixologiyasını dərindən bilməkqabiliyyətini üzə çıxarır. Aydın olur ki, müəllif bu obrazın üzərində çox məsuliyyətlə,həm də sevə-sevə işləyib. Onu oxucuya təkrarsevdirmək üçün elə ştrixləri qabardıb ki, bundan yan keçmək, bunu görməməkmümkün deyil. Məsələn, kirayənişin yaşadığı evdə ailəni idarə etmək və yaxudömür-gün yoldaşının təkcə qayğısına qalmaq yox, həm də onun daşıdığı yükə çiyinvermək və digər məqamlar söylədiklərimə nümunə ola bilər.

Böyük maraqlaoxunan "İşığa gedən yol" romanında Həsən bəy Zərdabi qəzetçilikdənartıq siyasi xadimliyə doğru da addım atır və müəllif bunu ölkəni idarə edən məmurlarla,qubernatorla, canişinlə və digərlərilə olan görüşlərində ustalıqla qabardır. Təsəvvüredin ki, qubernator Bakıdan Zərdaba Həsən bəyin görüşünə durub gəlir və israredir ki, o, Bakıya qayıtsın. Bu Həsən bəyin real həyadakı nüfuzu olsa da bu reallığı ustalıqla təqdim edən dəyazıçıdır. Oxucu Həsən bəylə qubernatorun dialoqunda heç bir süniliyə rast gəlmir.Sanki bütün hadisələr hamımızın gözü qarşısında baş verir. Ona görə də bu təqdimatforması bizi inandırır. Üstəlik Həsən bəyin siyasi hadisələrə təsiri, Dumaylabağlı çıxışları, ən vacibi isə zamanında ermənilərin tutduğu mövqeyə kəskinmünasibəti onun necə böyük uzaqgörənliyə malik olduğunu təcəssüm etdirir.Aydınca görünür ki, necə deyərlər, gəmidə oturub gəmiçiylə altdan-altdan düşmənçilikedən ermənilər xalqımızın aydınlarına qarşı zaman-zaman məkrli mövqe tutublar.Və öz məkrlərini daha da şaxələndirmək, daha da inandırıcı etmək üçün bəzənbizim savadsızlığımızdan, səmimiyyətimizdən gen-bol istifadə ediblər.

Bu romanda Həsənbəy Zərdabinin bölgə ziyalıları ilə əlaqələri, onları bir ideya ətrafında birləşdirməkyolunda apardığı fəaliyyət, həmçinin "Əkinçi"dən sonra"Kaspi", "Həyat" qəzetlərinin nəşri üçün göstərdiyi çabalar,bu işdə Zeynalabdin Tağıyevin böyük qətiyyəti, həmçinin Həsən bəylə yanaşı onunkürəkəni, həm də məsləkdaşı Əlimərdan bəy Topçubaşovun bütün fəaliyyəti ənkiçik detallarına qədər oxucu diqqətinə çatdırılır.

Romanı oxuduqcakürəkən-qayınata münasibətlərinin fonunda tələbə-müəllim, əqidədaş münasibətləridaha çox önə çıxır. Burada ailədən gələn və milli varlığa söykənən ailə münasibətləri,qayınana-gəlin, qayınana-kürəkən istiqamətləri də çox köklü və səmimi bir şəkildəqələmə alınıbdır. İstər Mənzər xanımla Hənifə xanımın, istər Hənifə xanımlaƏlimərdan bəyin münasibətlərində hörmət, ehtiram, səmimiyyət əsas ştrixdir.Xüsusi ilə Həsən bəyin yuxuları formatı çox uğurludu. Və bir də bütün roman boyu ən çox qabardılan məsələ təhsildir,səhiyyədir. Böyüyən nəslin elm, savad sahibi olması, dünyaya inteqrasiya etməsidir. Buna görə də istər Zərdab,istərTiflis, istər Bakı mühitləri bir-birindən müəyyən qədər fərqlənsə də, əsərinqəhrəmanının və onun əqidədaşlarının məsələyə münasibətdə həmfikirlilikləri dəyişmir. Onlar həmin məqamdatəhsilin, səhiyyənin, siyasi azadlığı, özünüdərki unutmurlar, əksinə, bunundaha geniş müstəvidə şaxələnməsinə çalışırlar.

Bəli, mən böyükmaraqla oxuyub başa çatdığım "İşığagedən yol" romanının ikinci hissəsində Həsən bəy Zərdabini millətin şəhidi,fədaisi obrazında gördüm. O, sağlamlığını, maddi imkanlarını məhz millətə fədaetdi. Onu görə də bu millətin ən böyük Şəhidi oldu!

Bu gün oxucudünyasına daxil olan "İşığa gedən yol" romanı mənim düşüncəmə görə mətbuatın,mənəviyyatın milli kimliyi, böyük fədaisi, böyük şəhidi Həsən bəy Zərdabiyə çox dəyərli bir abidədir.Yəqin ki, ədəbiyyatşünaslar, eləcə də Həsən bəy Zərdabinin həyat-fəaliyyətiniaraşdıranlar bu tarixi romandan yararlanacaq, ona öz münasibətlərini bildirəcəklər.Mən isə bir oxucu olaraq sanballı, kifayət qədər tarixi materiallarla zənginolan tarixi romanın müəllifinə yeni yaradıcılıq uğurları arzu edirəm.

Əbülfət MƏDƏTOĞLU

TƏQVİM / ARXİV