adalet.az header logo
  • Bakı 20°C
01 Iyul 2016 11:51
38774
HÜQUQ
A- A+

Akif Çovdarovun apellyasiya şikayəti təmin olunmayıb

 Bakı Apellyasiya Məhkəməsində bir müddət əvvəl ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq rəisi, general-mayor Akif Çovdarovun apellyasiya şikayətinə baxılıb.

  

Adalet.az-ın  məhkəmə şikayəti təmin etməyib.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Səbail rayon Məhkəməsi A. Çovdarovun və digərlərinin həbs müddətinin 4 ay artırılması barədə qərarı qəbul edib.

 

Şikayət həmin qərardan verilib.

 

A. Çovdarov ötən il noyabrın 15-də həbs edilib. O, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311-ci (rüşvət alma) maddələri ilə təqsirləndirilir.