adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
01 Iyul 2016 09:10
5132
DÜNYA
A- A+

Ayı velosipedçini parçalayıb

ABŞ-ın Montana ştatında yerləşən Qleyşer milli parkında qrizli ayısı velosipedçiyə hücum edib və kişi aldığı yaralardan keçinib.

Bred Trit və onun dostu parkda velosiped sürürlərmiş və ehtimal ki, heyvanı qəzəbləndiriblər.

İkinci velosipedçi zərər çəkməyib və park əməkdaşlarını köməyə çağıra bilib.

"Ola bilsin ki, onlar ayını qorxudublar və o, Triti velosipeddən sürüyüb aparıb. Həkimlər hadisə yerində onun öldüyünü qeydə alıblar", - deyə polisin məlumatında bildirilir.