adalet.az header logo
  • Bakı 18°C
30 Iyun 2016 22:14
3743
HADİSƏ
A- A+

İçkili halda su kanalında boğuldu

Göyçay sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

Hadisə bu gün axşam saatlarında Göyçayın Şıxbəy kəndi ərazisində qeydə alınıb. Rayonun Qızılağac kənd sakini, 1963-cü il təvəllüdlü Məmmədov Eldəniz Cavad oğlu dostları ilə yeyib-içdikdən sonra Şıxbəy beton su kanalında çimmək istəyib..

 

O, suda çimərkən boğulub.

 

E. Məmmədovun meyiti kənd sakinləri tərəfindən sudan çıxarılaraq Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə verilib.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.