adalet.az header logo
  • Bakı 11°C
30 Iyun 2016 20:11
6658
SİYASƏT
A- A+

Məmmədyarov Türkiyə səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Alper Coşqunu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.


Adalet.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Elmar Məmmədyarov 28 iyun 2016-cı il tarixində İstanbulun Atatürk hava limanında törədilmiş qanlı terror aktı ilə əlaqədar həmkarı Mevlüt Çavuşoğluna dərin hüznlə başsağlığı məktubu göndərdiyini qeyd edərək, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib.

 

Səfir Alper Coşqun diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

 

Nazir Elmar Məmmədyarov səfir Alper Çoşquna iki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə minnətdarlığını ifadə etdi və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.