adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Iyun 2016 17:10
7035
DÜNYA
A- A+

Avropa Məhkəməsindən Azərbaycanla bağlı 18 qərar

Avropa Məhkəməsi bu gün 18 iş üzrə qərarlarını elan edib.

Adalet.az bildirir ki, bu barədə tanınmış vəkil Əsabəli Mustafayev məlumat verib. Vəkilbildirib ki, bunlardan 13 –ü onun apardığı işlərdir:”Bu qərarlarla mitinqdə iştiraka görə ərizəçilərin tutulması və inzibati həbs cəzasına cəlb olunmaları Konvensiyanın 5 (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6(ədalətli araşdırma hüququ), 7 (qanunsuz cəzalandırmamaq) və 11-ci (sərbəst toplaşma azadlıqı) maddələrin pozuntusu tanınıb. Kompensasiya hamı üçün eynidir və ümumi məbləğ 165 000 avro təşkil edir”.

Vəkil bildirib ki, ancaq bu ay və apardığı 15 iş üzrə Avropa Məhkəməsi qərar qəbul edib.

Şikayətçilərin siyahısı belədir:

1.Məmməd İbrahim

2. Qurbanlı Əbülfəz

3. Hacıbəyli Rufət

4.Budaqov Elşad

5.Carçıyev Orxan

6.Xalıqov Vaqif

7.Fərhadi Hafiz

8.Cərullayev Elcin

9.Kərimov İnqilab

10.Abbasov Şakir

11.Eyvazov Zülfiqar

12.Mirələmli Təzəxan

13.Həsənov Bəhruz

Avropa Məhkəməsinin 4 seçki şikayəti ilə bağlı 4 iş üzrə qərarını elan edib.Şikayətçilər bunlardır:

1. Məmmədli Nürəddin

2.Cərullayeva Dunyaxanim

3.İltizam Əkbərli

4. Palanqov Nabatali

Hər şikayətçiyə 10 000 avro və ümumilikdə hüquqi yardım üçün 4 000 avro ödəniləcək. Cəmi 44 000 kompensasiya təyin olnub. Birinci 3 işdə nümayəndə vəkil İntiqam Əliyevdir.

Vəkilin sözlərinə görə, bu gün Avropa Məhkəməsi mülkiyyət hüququnun pozuntusu ilə bağlı Rüstəm Dəmirovun işi üzrə qərarını elan edib.(nümayəndə S.Camalzadə). Kompensasiyanın məbləqi 20 900 avrodur.