adalet.az header logo
  • Bakı 18°C
30 Iyun 2016 16:53
6805
DÜNYA
A- A+

Liviya sahillərində azı 10 miqrant bataraq ölüb

Liviya sahilindən 32 km aralıda hava ilə doldurulan qayığın batması nəticəsində ən azı 10 nəfər boğulub, 100-dən çox adam isə xilas edilib.

Ölənlərin hamısı qadındır, İtaliya mətbuatı xəbər verir.

Son miqrant faciəsinin baş verdiyi ərəfədə İtaliya donanması batarkən 700 nəfərin ölümünə səbəb olmuş qayığı suyun üzərinə qaldırıb.

2015-ci ilin aprel ayında baş vermiş bu qəza, 2013-cü ildə başlayan miqrant axını ərzindəki ən böyük insan itkisidir.

Bu ilin əvvəlindən 64 mindən çox miqrant və qaçqın Aralıq dənizini keçərək İtaliyaya gəlib, BMT rəqəmlərində göstərilir.

Məlumata görə, təkcə iyun ayında 16 mindən çox miqrant Avropaya üz tutub. Gələnlərin əksəriyyəti Afrika ölkələrindən olub.

Yarı batmış qayıq və sərnişinlərin əksəriyyəti xilas edilərkən artıq suda olublar, xəbərdə deyilir.

Qayığın batdığı zaman dənizdə hava şəraitinin pis olduğu bildirilir.