adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Iyun 2016 16:29
6219
İQTİSADİYYAT
A- A+

Dünya Bankı Azərbaycana yenə kredit verəcək

Dünya Bankı (DB) 2016-cı maliyyə ilində (2015-ci ilin iyulun 1-dən 2016-cı ilin 30 iyun tarixinə qədər) Azərbaycana 207 milyon dollara yaxın kreditin verilməsini təsdiqləyib.

Bu barədə "İnterfaks-Azərbaycan”a bankdan bildiriblər.

"DB 2016-cı maliyyə ilində 2015-ci maliyyə ilində verilən 300 milyon dollara qarşı Azərbaycana 207 milyon dollara yaxın kreditin verilməsini təsdiqləyib”, - bankdan bildiriblər.

Ümumilikdə, 2011-2016-cı illərdə DB Azərbaycana 892 milyon dollar məbləğində kreditin təqdim edilməsini təsdiqləyib.

2016-cı maliyyə ilində DB Azərbaycana iki əlavə: Bakı-Şamaxı yolunun genişləndirilməsinə 140 milyon və "Məcburi köçkünlərin gəlirlərinin artırılması və həyat şəraitinin yaxşılaşdırılmasına dəstək” layihəsiniə 66,7 milyon dollar kreditin verilməsini təsdqiləyib.

Azərbaycan 1992-ci ildən DB-nın üzvüdür. DB indiyə qədər 55 layihənin həyata keçirilməsi üçün Azərbaycana 3 milyard dollalrdan artıq kredtin ayrılmasını təsdiqləyib.

Hazırda 11 layihə həyata keçirilir.