adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Iyun 2016 14:36
69272
TEXNOLOGİYA
A- A+

Nazir müavini: İnternetin keyfiyyəti ilə bağlı şikayətlər alırıq

"İnternet artıq günümüzün tələbinə çevrilib və bu səbəbdən internetin keyfiyyətinin artırılması Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçün ən vacib məsələlərdən biridir”.

Adalet.az APA-ya istinadən xəbər verir ki, bu barədə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

"Ölkəmizdə tətbiq olunan texnologiyalar tam şəkildə hər bir istifadəçini öz marağına, imkanlarına uyğun olaraq internetdən istifadə etməyə imkan verir. Həm sabit, həm də mobil genişzolaqlı şəbəkədən istifadə edərək internetə çıxış əldə etmək olar.

Mobil şəbəkə istifadəçilərinin sayı durmadan artır. Bundan başqa, simsiz texnologiyalardan istifadə edənlərin sayı da günbəgün artmaqdadır. Provayderlər göstərdiyi xidmətləri təkmilləşdirmək üçün çalışır. Hesab edirik ki, istifadəçilər də bunun şahididirlər”, - deyə E.Vəlizadə qeyd edib.

Nazir müavini deyib ki, internetin keyfiyyəti ilə bağlı onun təmsil etdiyi quruma şikayətlərdaxil olur:

"Bu şikayətləri araşdıran zaman məlum olur ki, səbəblər müxtəlifdir: sadədən tutmuş mürəkkəbəqədər. İnternetin keyfiyyətinin, sürətinin aşağı olması heç də hər zaman provayderlərin məsuliyyəti ilə bağlı deyil.

Məsələn, cihazlarda virus da ola bilər, bir evdə eyni zamanda bir cihazın internetə qoşulması da sürətə təsir edə bilər. Yenə də deyirəm, səbəblər müxtəlifdir. Ümumi şəkildə yanaşma bundan ibarətdir ki, keyfiyyət gündən-genə yüksəlməlidir və artan tələbata cavab verməlidir”.