adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Iyun 2016 23:09
6434
İDMAN
A- A+

“Qəbələ”də fransız futbolçu

2016/2017-ci mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ” daha bir futbolçu ilə heyətini gücləndirib.   "Qırmızı-qaralar” fransalı hücumçu Baqali Dabonu transfer edib.  28 yaşlı Seneqal əsilli ön xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb. Futbolçunun adı "Qəbələ”nin UEFA Avropa Liqasında iştirak ərizəsinə əlavə edilib.
 
Qeyd edək ki, "Loryan” klubunun yetirməsi olan Dabo karyerası ərzində "İvri” (2008-2011), "Kretey” (2011-2013, 2014-2016) və "İstr” (2013-2014) klublarının şərəfini qoruyub. Son 2 mövsümdə Fransa çempionatının 2-ci liqasında çıxış edən hücumçu "Kretey”də keçirdiyi 57 qarşılaşmada 6 qol vurub. Ümumiyyətlə isə Baqali bu liqada 87 matç keçirib, 11 dəfə rəqib qapılarına yol tapıb.