adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
29 Iyun 2016 21:55
6116
MƏMLƏKƏT
A- A+

İqtisadiyyat naziri Lənkəranda vətəndaşları qəbul edəcək

İyunun 1-də İqtisadiyyat naziri Şahin Mustafayev Lənkəran şəhərində Lerik, Astara və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Lənkəran şəhəri, Heydər Əliyev Xatirə Parkı) keçiriləcək.

 

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün Nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21- 05), (055) 257- 60-

 

90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), Nazirliyin 195-2 Çağrı Mərkəzi, Nazirliyin Lənkəran regional bölməsi (ünvan: Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi, 3, əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (025) 255 10 71, (050) 235 01 07, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

 

Bununla yanaşı, vətəndaşlar Nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.