adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Iyun 2016 17:02
5631
DÜNYA
A- A+

Putin və Ərdoğanın görüşəcəyi yer və tarix bilindi

Türkiyə və Rusiya prezidentləri rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin görüş yeri və vaxtı məlum olub.

Bu barədə Adalet.az Türkiyənin "Milliyət” nəşrinə istinadən xəbər verir.

Məlumata əsasən Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş sentyabrın 4-5-də Çində keçiriləcək.
Qeyd edək ki, həmin günlərdə Çində `G20` sammiti keçiriləcək.

Xatırladaq ki, Prezidentlərin son görüşü də ötən ilin noyabr ayında Antalyada keçirilən `G20` sammitində baş tutmuşdu.

Kremlin mətbuata katibi Dmitri Peskov isə Rusiya və Türkiyə prezidentləri arasında görüşün vaxtı və yeri diplomatik kanallarla dəqiqləşdiriləcəyini deyib.