adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Iyun 2016 15:08
6825
İQTİSADİYYAT
A- A+

“Rosneft” Azərbaycan üzərindən İrana yanacaq ixrac edəcək

"Rosneft”2017-ci ildən İrana yanacaq ixrac etmək niyyətindədir. Bu müddət ərzində"Petrocas Energy Group”şirkəti (onun səhmlərinin 49%-i"Rosneft”ə məxsusdur - red.) Cənubi Qafqaz dəhlizi üzərindən logistik terminal tikəcək.

Adalet.az xəbər verirki, bu barədə RBK-ya "Petrocas Energy Group”un baş direktoruVano Nakaidze bildirib. İnformasiyanı şirkətin majoritar (51%) səhmdarı olanDavid Yakobaşvilidə təsdiqləyib.

"Petrocas Energy Group”benzin və dizel yanacağını İranın Neka və Ənzəli limanlarına ixrac edəcək. İxrac şirkətin Gürcüstanın Poti limanındakı neft terminalından həyata keçiriləcək.

V.Nakaidzenin sözlərinə görə, Poti terminalının illik ötürücülük qabiliyyəti 3 mln. tondur. Hazırda o 1-1,5 mln. tonluq yüklənib. Terminal üzərindən Ermənistan, Azərbaycanvə Gürcüstana əlvan neft məhsullarının ixracı həyata keçirilir.

TOP-menecer bildiribki, İrana yanacaq nəqli Azərbaycanın dəmir yolları üzərindən həyata keçiriləcək:

"Dəmir yolu ilə limanlara, o cümlədən Bakının limanlarına çatdırılan yanacaq buradan İrana tankerlərlə yola salınacaq”.