adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Iyun 2016 14:19
5848
DÜNYA
A- A+

Putin Türkiyəyə başsağlığı verdi

Rusiya prezidenti Vladimir Putin İstanbulda baş vermiş terror aktı ilə əlaqədar Türkiyə xalqına başsağlığı verib.

Adalet.az-ın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Putin rus və alman şagirdləri ilə söhbəti zamanı 36 nəfərin həyatına son qoyan terror aktını pisləyib.

"Biz təəssüflənirik, terror aktı qurbanlarının yaxınlarına başsağlığı veririk”, - deyə o vurğulayıb.

Qeyd edək ki, dünən gecə İstanbul hava limanında baş vermiş terror aktı nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.