adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Iyun 2016 14:12
4306
HADİSƏ
A- A+

Kürdəmirdə silahlı insident - Yaralanan var

Kürdəmir rayonunda silahlı atışma olub.


Hadisə rayonun Qarabucaq kəndi ərazisində baş verib.

Belə ki, Göyçay rayonunun İnçə kənd sakinləri - Zaur Rafael oğlu Cabbarov və Namiq Yaqub oğlu Hacıyev Kürdəmir rayonunun sözügedən kəndinə ov etmək üçün gediblər. Bir neçə saat ov etdikdən sonra əldə edilən qəniməti bölmək üçün həmkəndlilər razılığa gələ bilməyiblər və aralarında mübahisə yaranıb. Nəticədə N.Hacıyev tüfənglə Z.Cabbarovu vurub. Yaralı dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, yaralı əməliyyat olunub: "Xəstənin qarın və böyrək nayihələrindən əməliyyat edilib, vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.