adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Iyun 2016 12:59
16087
DÜNYA
A- A+

Terror qurbanlarının yaxınları fəryad edir - Fotolar

İstanbul Atatürk hava limanında yaşanan terror hadisəsindən sonra yaxınlarından xəbər ala bilməyənlər Yenibosnadakı Tibbi Ekspertiza Mərkəzinin önündə toplaşıb.

Adalet.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu saata kimi şəxsiyyəti müəyyən edilən 27 nəfər terror qurbanından 18-inin cəsədi ailəsinə təhvil verilib.

Digər ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər gedir.

Qeyd edək ki, ötən gecə baş verən terror hadisəsində ölən 36 nəfərin və 3 terroristin cənazəsi Tibbi Ekspertiza Mərkəzinə göndərilib.