adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Iyun 2016 09:25
4234
GÜNDƏM
A- A+

Erməni şovinistlərinin nasist məhəbbəti

Şovinizm sağalmaz, dəhşətli bəladır. Bu bəlaya düçar olan xalqlar və millətlər əsrlərlə onun ağrılarını, dəhşətlərini, faciələrini yaşamağa məhkumdurlar.
Bu hiss, amal milləti tanıtmaq, ucaltmaq, milli-mənəvi dəyərləri təbliğ etmək yox, əslində, onu alçaltmaq, başqa xalqlara, millətlərə sayğısızlıq, etinasızlıq, hörmətsizlikdir.
Bu gün Ermənistan respublikası, ölkənin hakim dairələri, erməni lobbisi öz nümunələri ilə bəşəriyyətə sübut edirlər ki, onlar milli ruhun canlanması pərdəsi altında xalqı uçuruma aparırlar və bu yol, fəaliyyət Ermənistanın milli azadlığının əldən verilməsinə xidmət edir.
Dünya görür ki, Ermənistan müstəqil dövlət deyil. O müstəqilliyini formal olaraq elan etsə də, siyasi-iqtisadi cəhətdən onu himayə edən bir-iki dövlətdən, erməni lobbisindən asılıdır. Ermənistanın siyasi-ideoloji, iqtisadi, mənəvi dayaqları çöküb. Əvəzində millətçilik ideologiyası geniş yer alıb.
Bu ideologiya tarixən erməni xalqının başını qatıb insanları ölkənin taleyüklü məsələlərindən uzaqlaşdırmaq üçün bir vasitə olmuşdur. Ermənistana rəhbərlik edənlər hazırda bu vasitədən daha məharətlə istifadə edirlər. Sadə, dərin düşüncəyə, uzaqgörənliyə malik olmayan erməni kütləsinə, millətinə illərlə təbliğ olunub və bu gün də aşılanır ki, onlar qədim tarixə və dinə, mədəniyyətə malik olan xalqdır.
Erməni ideoloqları saxta çağırışlarla, uydurduqları fantaziyalarla, "böyük Ermənistan" xülyaları ilə uydurma "soyqırım"larla xalqı aldatdıqlarını bilsələr də, ancaq bunun fərqində deyillər. Onlar bu yalanlardan yaxşı bəhrələnirlər. Özlərinə xalqın cəfakeşi, başbiləni, ideoloqu imici formalaşdırmaqla bərabər, vəzifə, var-dövlət sahibi olur, hakimiyyətə yiyələnirlər.
Bu gün "böyük Ermənistan" yaratmaq ideyası adı altında ərazilərimizin işğal edilməsi faktları ermənilərin işğalçı, xəyanətkar, millətçi əməllərinin ifadəsidir. Özlərinin qan içən, baş kəsən, cəllad nümayəndələrinə "milli qəhrəman", "millət fədaisi" donu geydirib xalqa sırımaq və milləti zalım, təcavüzkar, başqa xalqlara nifrət, özünə rəğbət ruhunda tərbiyələndirmək ermənilərin xislətindədir, qanındadır.
Onlar işğalçı, xəyanətkar Tiqranı, türklərin, azərbaycanlıların qanına susayan Androniki, nasistlərə xidmət edən Qaregin Ter-Arutunyanı (Njdeni), xain, millətçi Şaumyanı, Mikoyanı, Zori Balayanı və onlarla başqalarını belə məşhurlaşdırmış, xalqın xilaskarına çevirmişlər.
1918-ci ilin yay-payız aylarında başçılıq etdiyi quldur dəstələri ilə Zəngəzur qəzasında 115 müsəlman kəndini dağıdıb viran qoyan, 10000-ə yaxın insanı amansızcasına qətlə yetirən, məsciddə özünə sığınacaq tapan yüzlərlə adamı diri-diri yandıran, insanlara əzab və işgəncə verən Andronikə abidə ucaldıb onu milli qəhrəman elan edərkən erməni siyasətçiləri, başbilənləri insani dəyərlərə, bəşəri ideyalara deyil, sözsüz ki, millətçilik ideologiyasına, işğalçılıq psixologiyasına əsaslanmışlar.
Əslində, Andronik erməni xalqına deyil, xarici ağalarına xidmət etmiş və bu xidmətdən bəhrələnmişdir. Vaxtı ilə SSRİ Xalq Xarici İşlər komissarı Q.V.Çiçerin əbəs yerə Androniki "Antantanın casusu" adlandırmamışdır. Xarici dövlətlərə casusluq edən bir cəlladı millət fədaisi kimi tarixiləşdirmək, əslində, bütöv bir xalqa xəyanətdir, riyakarlıqdır.
Andronikin ənənəsi 1988-ci ildən bu günə kimi Qarabağ torpaqlarında, ölkəmizin hər qarışında, dünyada koçaryanların, sarkisyanların, ohanyanların, melkumyanların, balayanların və digərlərinin timsalında, əməlində yaşadılır ki, bu da şovinizmin bariz nümunəsi kimi səciyyəvidir.
İkinci Dünya müharibəsində nasistlərin tabeliyində olan hərbi birləşməyə başçılıq edən erməni əsilli Qaregin Ter-Arutyunyana (Njdeyə) İrəvanın mərkəzində abidə ucaldılmışdır. Xatırlatmaq lazımdır ki, Njde 30 min nəfər ermənidən ibarət legionu nasistlərin ixtiyarına vermiş və kütləvi insan qırğınlarında fəal iştirak etmişdir. Nifrət doğuran haldır ki, hazırda İrəvanda bir prospekt, böyük meydan, onun ətrafındakı metro stansiyası, bir kənd bu satqının və insan qatilinin adını daşıyır.
On minlərlə insanın, dinc sakinin öldürülməsində iştirak edən, Ukrayna və Polşada çoxsaylı qətllər, qarətlər törədən, yəhudilərə və nasist ideologiyasına nifrət edən xalqların nümayəndələrinə qarşı amansızlığı ilə fərqlənən Njdeyə İrəvanda abidə ucaldılması Ermənistan hakimiyyətinin nasizmə, zülmə, qəddarlığa məhəbbətindən xəbər verir.
Qarabağda, xüsusilə Xocalıda yüzlərlə insanın qətlində, vəhşicəsinə öldürülməsində bilavasitə iştirak edən və bunu qəhrəmanlıq sayan S.Sarkisyanın, onun hakimiyyətinin nasistlərə satılan, minlərlə insanın qanını axıdan bir cəllada abidə qoyması faşizmə qarşı mübarizə aparmış bütün xalqlara və millətlərə, ilk növbədə İkinci Dünya müharibəsinin ağrılarını, dəhşətlərini çiynində daşıyan, ürəyində, beynində yaşadan, bu müharibədə milyonlarla vətəndaşını itirmiş, şəhərləri, kəndləri xarabazarlıqlara çevrilmiş Rusiyaya, rus xalqına ən böyük hörmətsizlik, təhqir, xəyanətdir.
Erməni millətçilik ideologiyasını faşizm, nasizm ideyaları ilə zənginləşdirib buna milli vətənpərvərlik donu geydirən Ermənistanın hakim dairələri, erməni lobbisi bir şeyi başa düşmür ki, artıq onun söykəndiyi, güvəndiyi dayaqlar çürüyüb çökməkdədir.
Bəşəriyyətə özlərini əzabkeş, əzilən, incidilən, təqiblərə, soyqırımlara məruz qalan bir xalq kimi təqdim edən ermənilər, əslində, əsrlərlə ayrı-ayrı xalqları, millətləri soyqırımlarına məruz qoymuş, qanlı faciələr törətmiş, talançılıqla, terrorla, şantajla məşğul olmuş, qonşu dövlətlərin torpaqlarını işğal etməklə öz ərazilərini genişləndirməyə çalışmışlar.
Azərbaycana, Türkiyəyə, Gürcüstana, hətta İrana, Rusiyaya qarşı torpaq iddiaları ermənilərin məkrli dövlət siyasətinin tərkib hissəsidir və bu yaramaz məqsədin həyata keçirilməsi üçün ardıcıl, düşünülmüş səylər göstərilməkdədir.
Nəcib, xeyirxah xalqlar bəşəriyyətə bəxş etdikləri yeniliklərlə, humanist dəyərlərlə öyündükləri halda, ermənilər inləməklə, fağır görkəm almaqla, xəyanətlə, zalımlıq və yaltaqlıqla, yalan və şantajla, onlara çörək və sığınacaq verənlərə arxa çevirməklə, özlərini satmaqla fəxr edir, öyünürlər.
Satılan və alınan hər bir şeyin öz dəyəri olmalıdır. Ancaq təəssüf ki, dünya, dövləti və milləti satılan Ermənistanın, onun hakim dairələrinin cinayətkar hərəkətlərini qiymətləndirməkdə acizdir. Özünü tarixən qədim, ali, milli, uzaqgörən adlandıran erməni milləti, əslində, söylənilənlərdən çox uzaqdır.
Müstəqil dövlətə və siyasətə, aydın düşüncəyə, davamlı iqtisadiyyata, ictimai sabitliyə, öz vətəndaşlarının hüquqlarını qorumağa, düşdüyü ağır vəziyyətdən çıxmağa və xalqı bəlalardan qurtarmağa qadir olmayan Ermənistanın sabahı təhlükəlidir. Çünki bu ölkəyə rəhbərlik edənlər ayrı-ayrı dövlətlərə satılan və onların tapşırıqlarını yerinə yetirən insanlardır.
Hakimiyyətdəki qarşıdurmalar, fikir ayrılıqları, cəbhədəki vəziyyət, ordudakı və cəmiyyətdəki özbaşınalıqlar, iqtisadi-siyasi, mənəvi böhran, vətəndaşların həbsləri, tətillər, xalqın ağır vəziyyəti, insanların ölkəni kütləvi tərk etməsi bunu deməyə əsas verir.
Ermənistanda inkişaf edən yalnız millətçilik ideologiyası və bunun sayəsində bəzi erməni rəhbərlərin varlanması, yolunu azması, satqınlıqdır. Satılan millətin ideologiyası da, sözsüz, satınalınmadır, kənardan gətirilmədir, məkrli məqsədlərin bir vasitəsidir.
Erməni xalqı, yəqin ki, bunu bilməmiş deyil və satılan rəhbərlərin saxta ideologiyasına inam həm də ikiqat faciədir. Bu barədə ciddi düşünməyə dəyər.