adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
29 Iyun 2016 10:06
6199
GÜNDƏM
A- A+

Atatürk aeroportu fəaliyyətini bərpa edib

Hava limanındakı işlər bərpa edilib. 

Adalet.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səhər saatlarından etibarən təyyarələrə eniş etməyə icazə verilib.

Atatürk hava limanının Xarici Uçuşlar zolağı artıq gələn təyyarələri qəbul etməyə başlayıb. Türk Hava Yollarınının Fransanın Lion şəhərindən gələn təyyarəsi eniş etdikdən sonra sərnişinlər hava limanından istifadə edə biliblər.

AZAL-ın mətbuat xidməti rəhbəri Paşa Kəsəmənskinin verdiyi məlumata görə, gecə saat 01:00-da yola düşməli olan İstanbul reysi təxirə salınıb. Sözügedən uçuş artıq yerinə yetirilib, təyyarə saat 08:45 havaya İstanbula doğru yol alıb.