adalet.az header logo
  • Bakı 20°C
29 Iyun 2016 09:08
3619
HADİSƏ
A- A+

İsmayıllıda yük maşınlarının sürüyə çırpıldı, 80-dən çox qoyun tələf oldu

İsmayıllı rayonu ərazisində yük avtomobilləriqoyunsürüsünə çırpılıb, 80-dən çoxheyvantələf olub.

Adalet.az-ın  APA-yanistinadən məlumatına görə, hadisə bu gün 07.30 radələrində Qaraməryəm-İsmayıllı avtomobil yolunun 12-ci kilometrliyində, İsmayıllı rayonunun Hapıtlı kəndi ərazisndən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, 10-OD-285 dövlət nömrə nişanlı "KamAz” markalı yük maşını və 99-FS-470 dövlət nömrə nişanlı "Qazel” markalı yük avtomobili yüksək sürətlə hərəkətdə olarkən qışlaqdan yaylağa köç edən minlərlə baş qoyunun olduğu sürüyə çırpılıb. Nəticədəazı 80 baş xırda buynuzlu heyvan tələf olub.

Hadisə yerinə yol polisi və baytarlıq idarəsinin əməkdaşları cəlb olunub.

Dəyənziyanın həcminintəxminən 7000 manat təşkil etdiyi bildirilir.