adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Iyun 2016 22:39
5095
MƏMLƏKƏT
A- A+

Məleykə Abbaszadə Bərdədə vətəndaşları qəbul edəcək

İyulun 8-də Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Bərdə şəhərində vətəndaşları qəbul edəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) bildiriblər ki, qəbulda Bərdə rayonu ilə yanaşı, Ağcabədi, Ağdam və Tərtər rayonlarının da sakinləri iştirak edə bilərlər.
 
Qəbul saat 11.00-da Bərdə şəhəri, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının qərargahında (Heydər Əliyev prospekti) başlanacaq.
 
Qəbula gəlmək istəyən vətəndaşlardan Komissiyanın internet saytına (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya TQDK-nın Ağcabədi regional bölməsinə (ünvan: Ağcabədi şəhəri, F.Əlizadə küçəsi 1) müraciət etmələri (əlaqə telefonu: (021) 275-55-94) xahiş olunur.
 
Bundan əlavə, qeydiyyata yazılmaq istəyən vətəndaşlar Bərdə, Ağdam və Tərtər rayonlarının təhsil şöbələrinə də iyunun 28-dən iyulun 7-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla), saat 10.00-dan 17.00-dək müraciət edə bilərlər.
 
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.