adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Iyun 2016 22:25
5758
DÜNYA
A- A+

Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

Qazaxıstan (138 səslə) 2017-2018- ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.


BMT TŞ-ə qeyri-daimi üzvlük uğrunda Qazaxıstan  Asiya-Sakit okean qrupunda Tailandla mübarizə aparıb. Səsvermənin ikinci raundunda Qazaxıstan rəqibini üstələyib.  

 

Qeyd edək ki, səsvermənin birinci raundunda Boliviya (Latın Amerikası ölkələri qrupu), İsveç (Qərbi Avropa ölkələri qrupu) və Efiopiya (Afrika ölkələri qrupu) 2017-2018- ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri seçilib.

 

BMT TŞ-nin daha bir qeyri-daimi üzvü səsvermənin üçüncü raundundan sonra müəyyənləşdiriləcək. Bu raundda mübarizə İtaliya və Niderland arasında (Qərbi Avropa ölkələri qrupu) gedir.

 

BMT TŞ-ə üzv seçilmək üçün onların hər birinə Baş Assambleya üzvlərindən ən azı 129 səs toplamaq gərəkdir.  

 

BMT TŞ-ə 15 dövlət daxildir, onlardan Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa qurumun daimi üzvüdür.