adalet.az header logo
  • Bakı 18°C
28 Iyun 2016 20:54
6073
MƏMLƏKƏT
A- A+

Bakının 5 qəsəbəsi qazsız qalacaq

Bakının rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

"Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, İB-nin Təmir Tikinti İdarəsi tərəfindən yeni çəkilmiş qaz xətlərinin mövcud xəttə qoşulması, qaz xətlərində aparılacaq təmir işləri və istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar iyunun 29-da saat 9-dan işlər yekunlaşanadək Bakının Xəzər rayonunun Zirə, Binə və Qala qəsəbələrinin, Sabunçu rayonunun Sabunçu və Bakıxanov qəsəbələrinin, Anaşkin adlanan ərazinin, eləcə də Sabirabad rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq