adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
28 Iyun 2016 21:08
3324
HADİSƏ
A- A+

Dənizdə batan gəncin cəsədi tapılıb

Bakıda dənizdə batan 19 yaşlı şəxsin cəsədi tapılıb.

 

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə ("Bilgəh-1” sularda xilasetmə məntəqəsindən, təxminən, 700 metr məsafədə, nəzarət olunmayan ərazidə) batmış 1997-ci il təvəllüdlü Yusifzadə Sahil İsrail oğlunun axtarışları başa çatıb.

 

S. Yusifzadənin cəsədi Xidmətin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 700 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 19:40-da başa çatıb.