adalet.az header logo
  • Bakı 20°C
28 Iyun 2016 15:20
4992
SİYASƏT
A- A+

Zahid Oruca töhmət verildi

Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

İclasda deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında baş vermiş mübahisəyə baxılıb.

Nəticədə 5 nəfər lehinə, 1 nəfər əleyhinə olmaqla Zahid Oruca töhmət verilib.

Qeyd edək ki, Milli Məclisin ötən həftə keçirilən növbədənkənar iclasında deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında mübahisə baş verib. Parlamentin sədri növbədənkənar iclasın son toplantısında baş verənlərə görə intizam komissiyasının sədri Ağacan Abiyevə Z.Orucun davranışları ilə bağlı araşdırma aparmağı və deputatın hərəkətlərinə qiymət verməyi tapşırıb.