adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
28 Iyun 2016 15:13
6006
İDMAN
A- A+

UEFA Cüneyt Çakırı evə yolladı

"Avro 2016”da uğurlu idarəçiliyi ilə diqqət çəkən və adı final matçını idarə edəcək hakimlər arasında hallanan türkiyəli referi Cüneyt Çakır turnirin növbəti matçlarına təyinat almayacaq.

Adalet.az-ın məlumatına görə, C.Çakır artıq vətəninə geri dönüb.

.Çakırın "Avro 2016”-nın növbəti oyunlarına təyinat almamasının səbəbi kimi İngiltərənin İslandiyaya məğlub olaraq turnirdən kənarda qalması göstərilir. Belə ki, UEFA İngiltərənin turnirdə mübarizəni davam etdirəcəyi təqdirdə, iki ingilis hakim - Martin Atkinson və Mark Klattenburqdan birini evə göndərəcəkdi. İngiltərənin turnirlə vidalaşması ilə hər iki hakim qitə birinciliyində idarəçiliyə davam edəcək.

Qeyd edək ki, Çakır "Avro 2016”da 3 oyun idarə edib. Bunların ikisi qrup, digər isə 1/8 final görüşü olub. İtaliya-İspaniya matçında göstərdiyi idarəçilik isə hər iki tərəf üçün qənaətbəxş hesab olunmayıb. UEFA isə hələlik matçla bağlı C.Çakırın balını açıqlamayıb.