adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Iyun 2016 15:24
9554
ƏDƏBİYYAT
A- A+

Xalq yazıçısı Çingiz Abdullayev Buxarestdə səfərdədir

Xalq yazıçısı Çingiz Abdullayev Buxarestdə Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Baş Assambleyasının və Direktorlar Şurasının XV sessiyası iştirak edib.

Adalet.az Azərbaycan Yazıçılar Birliyinə istinadən xəbər verir ki, Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti olan Çingiz Abdullayev səfər çərçivəsində Buxarest şəhərində, Heydər Əliyev Xiyabanında yerləşən ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub.
Qeyd edək ki,  2009-cu ildə Buxarestdə yaradılan, Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondu hazırda 34 ölkəni öz sıralarında birləşdirir. Fondun nizamnaməsində bütün üzv ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət təməl prinsip kimi öz əksini tapmışdır. Qeyri-hökumət təşkilatı statusuna malik Beynəlxalq Fondun Moskva, İstanbul, Varna, Belqrad və Minskdə də filialları fəaliyyət göstərir.

Sessiya çərçivəsində iki gün ərzində bır sıra mühüm məsələlər müzakirə edilib, dünyada və regionda baş verənlər müzakirə olunub, qarşıda duran vəzifələr bir daha təhlil edilib.

Fondun nizamnaməsinə görə 2 illik rotasiya əsasında sədrlik bir ölkədən digər ölkəyə keçir. Təşkilatın Minsk şəhərində keçirilmiş Direktorlar Şurasının 13-cü iclasında İdarə Heyətinin qəbul etdiyi qarar əsasında 2015-ci ilin aprel ayından etibarən quruma sədrlik Azərbaycana keçib.