adalet.az header logo
  • Bakı 13°C
28 Iyun 2016 13:26
5594
GÜNDƏM
A- A+

Dollar kreditlərinə güzəşt olacaq? - Açıqlama

Millət vəkilləri Vahid Əhmədov və Əli Məsimlinin dollar kreditləri ilə bağlı Milli Məclisin sədrinə, Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisinə və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədrinə göndərdiyi təklif müzakirə olunacaq.

Bu barədə deputat Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, dollar kreditlərinə güzəşt edilməsi ilə bağlı Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirovla görüş keçiriləcək.

"Dollar kreditləri ilə bağlı görüş keçiriləcək. Bu məsələ birgə müzakirə olunacaq. Görüş bir qədər yubanır. Güman edirəm ki, görüş yaxın günlərdə baş tutacaq. Təbii ki, əsas müzakirə mövzusu dollar kreditlərinə güzəştlə bağlı olacaq”.