adalet.az header logo
  • Bakı 19°C
28 Iyun 2016 11:15
8871
SAĞLAMLIQ
A- A+

Hepatitlə mübarizədə ən uğurlu üsul!

Hər il dünyada bu xəstəliyə yoluxmuş 130-170 milyon insan qaraciyər serrozu və qaraciyər xərçəngi kimi xəstəliklərə yaxalanma riski ilə yaşayır. Bununla belə bir çox virus daşıyıcıları bundan xəbərsizdir və onu digər insanlara ötürür. 

 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Maarifçi Gənclər Təşkilatının çəkdiyi "Hepatitlə mübarizədə maarifləndirmənin rolu" mövzusunda videocarx son zamanlar daha təhlükəli şəkil alan bu virusdan qorunmagın insanların öz əlində oldugunu diqqətə çatdırır. 

Videoçarxda hepatitə yoluxmadan özünümüdafiə üsulları gənclər üçün başadüşülən tərzdə açıqlanır. Layihə müddətində Biologiya üzrə fəlsəfə doktoru Aygün Yusifova gənclərə bu təhlükəli virus haqda geniş məlumat verib. Hepatit bir çox yollarla - su, qida, qan, sperma və digər bioloji mayelər vasitəsilə keçə bulər, kütləvi xərçəng və qara ciyər serrozuna yoluxma təhlükəsi yaradan epidemiyalara yol aça bilər. 10 gün davam edən təlimlər zamanı HCV -nin bu günə qədər tapılmış altı hepatit viruslarından (A, B, C, D, E və G) ən təhlükəlisi hesab olundugu da vurgulandı. Layihənin məqsədi gənclərin diqqətini bir mühüm məsələyə yönəltməkdən ibarətdir. Gənclər ən azından bərbərxana, gözəllik salonu və ya stomatoloqa gedən zaman orada işlədilən alətlərin sterilizə olunmasını tələb etməklə, özlərini bu virusdan sığortalaya bilər. Tədbirə 200 -ə qədər benefesiar iştirakçı qatılıb.