adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
28 Iyun 2016 01:33
2693
HADİSƏ
A- A+

Sabirabadda 50 hektar biçilmiş taxıl sahəsi yanıb

Sabiarbadda yanğın hadisəsi qeydə alınıb.

 

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonu, Kovlar kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 50 ha biçilmiş taxıl sahəsi yanıb.

 

Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub. Yanğın saat 22:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.