adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
27 Iyun 2016 23:50
5282
DÜNYA
A- A+

Yəməndə törədilən silsilə partlayışlar nəticəsində 14 nəfər ölüb

Yəməndə törədilən silsilə partlayışlar azı 14 nəfərin həyatına son qoyub.


Partlayışlar ölkənin cənubundakı Əl-Mukalla şəhərində qeydə alınıb.

 

İlkin məlumata əsasən, şəhərdəki nəzarət-keçid məntəqələrində üç partlayış olub. Onlardan birinin terrorçu-kamikadze tərəfindən həyata keçirildiyi bildirilir.

 

Ötən gün Yəmənin bir neçə bölgəsində baş verən silahlı toqquşmalar nəticəsində  40 nəfər ölüb.

 

Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü idən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.