adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Iyun 2016 14:47
5276
SİYASƏT
A- A+

Putin prezidentlərin görüşü haqqda həmsdərləri məlumatlandıracaq

Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Sankt-Peterburqda prezident Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi görüşün nəticələri haqda yaxın günlərdə Minsk Qrupunun digər həmsədrlərini məlumatlandıracaq. 

Adalet.az xəbər verir ki, bu haqda Kremldəki mənbə RİA Novosti-yə bildirib.

"Bizim rəhbər Minsk Qrupunun həmsədrlərini Piterdə Əliyev və Sərkisyanla keçirdiyi görüşün nəticələri haqda məlumatlandıracaq. Yaxın günlərdə. Telefon zəngləri edəcək”-mənbə deyib.

Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş iyunun 20-də keçirilib. Görüşün nəticələrinə dair birgə yazılı bəyanat yayılıb. Bəyanata əsasən tərəflər atəşkəsin monitorinqinin gücləndirilməsi üçün ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması, münaqişənin həllinə dair danışıqların intensivləşdirilməsi barədə razılığa gəliblər. Azərbaycan prezidenti İlham Əliyev görüşdə əldə edilmiş nəticələr və müzakirələrin detalları haqda Silahlı Qüvvələr günü münasibətilə çıxışında geniş danışıb.