adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Iyun 2016 14:30
3811
HADİSƏ
A- A+

Bakıda maşın körpüdən aşıb parçalandı - DƏHŞƏT

Bakıda ötən gün dəhşətli qəza baş verib.

Hadisə şahidlərinin 1xəbər.com-a verdiyi məlumata görə, "BMW" markalı avtomobil aeroport yolunda idarəetməni itirərək körpüdən aşıb. Avtomobil aşan zaman işıq dirəyi və təhlükəsizlik kamerasını da qırıb. Avtomobil tamamən yararsız hala düşüb. İçərisində olan sürücü və sərnişin ağır yaralanıb.

Bundan əlavə şahidlərin sözlərinə görə, qəza baş verən zaman sürücünün atası da həmin ərazidə olub. Xəbəri eşidən zaman yerüstü keçidi qaça-qaça keçdiyi an oğlunun bu vəziyyəti onu şoka salıb. Oğlunun parça-parça olmuş maşınını görüncə ata fəryad edib. Daha sonra ətrafdakı insanlar onu sakitləşdirib.