adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
27 Iyun 2016 13:45
3617
HADİSƏ
A- A+

“Sovetski”də yanğın başlayıb

Bakıda "Sovetski” adlanan ərazidə yanğın baş verir.

Adalet.az-ın Trend-ə istinadən məlumatına görə, Balababa Məcidov küçəsində (keçmiş 2-ci paralel) "Əfsanə” kafesi ilə üzbəüz sökülmüş evin ərazisində yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.