adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
27 Iyun 2016 12:10
5256
MƏMLƏKƏT
A- A+

Azərbaycanda insanlar ən çox bu xəstəlikdən ölür

Azərbaycanda əhali arasında ölümün əsas səbəbləri arasında qan dövranı sistemi xəstəlikləri birinci yer tutur.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, qan dövranı xəstəliklərindən insanların dünyasını dəyişməsi halları nisbətən azalıb.

2015-ci ildə əhalinin hər 100000 nəfərinə 344.5-i qan dövranı xəstəliklərindən vəfat edib. 2014-cü ildə bu rəqəm əhalinin hər 100000 nəfərinə 353.6, 2013-cü ildə əhalinin hər 100000 nəfərinə 369.8 olub.

İnsanların ölümünə səbəb olan digər xəstəliklər arasında yenitörəmələr, həzm sistemi xəstəlikləri, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin yaranan xəstəliklər üstünlük təşkil edir.