adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Iyun 2016 15:08
12268
İDMAN
A- A+

Ukraynalı jurnalist Avro-2016-nın ulduzu seçilib

Futbol - təkcə gərgin oyunları olan idman növü deyil. Etiraf edək ki, futbol digər idman növləri ilə müqayisədə həm də böyük biznes və şoudur. Xüsusilə Avropa və Dünya Çempionatlarında, eləcə də digər əhəmiyyətli firtbol çempionatlarında komandalar və oyunçularla yanaşı, onların azarkeşləri də diqqət mərkəzində olur. Həm çılğın azarkeşlik dərəcələrinə görə, həm də çıldırıcı görünüşlərinə görə. Üzlərini tamamilə bayrağın rənginə bürümüş, başlarına maraqla pariklər qoymuş azarkeşlər, ya da elə sadəcə gözəlliyi ilə diqqət mərkəzinə gələnlər. Məsələn, ukraynalı gözəl kimi. Vlada Şeqlova adlı jurnalist xanım Fransada keçirilən Avro - 2016-nın ulduzu seçilib. Seçım fotoqrafların azarkeşlər arasında çəkdiyi qadın şəkillərinin qirmətləndirilməsi əsasında baş tutub. Dünya üzrə sosial şəbəkələrdə bu şəkillərə səs verilib. Nəticədə isə ukraynalı jurnalist və azarkeş ulduz seçilib. 

Qeyd edək ki, Vlada həmdə "Qara dənizin mirvarisi -2013" gözəllik müsabiqəsinin qalibi olub.