adalet.az header logo
  • Bakı 13°C
26 Iyun 2016 22:39
3070
HADİSƏ
A- A+

Sumqayıtda 27 yaşlı oğlan dənizdə batıb

 Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500  metr aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.


APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və 1989-ci il təvəllüdlü, Novruzov Azər Rövşən oğlunun cəsədi batdığı yerdən 40 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 20:05-də başa çatıb.