adalet.az header logo
  • Bakı 19°C
26 Iyun 2016 20:58
5149
MƏMLƏKƏT
A- A+

Xalq artistinin nəvəsi xəstəxanaya yerləşdirildi

Xalq artisti, aktyor Tariyel Qasımovun əlil nəvəsi Fariz Kərimli ötən gün 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

 

Adalet.az xəbər verir ki, bu barədə musavat.com-a F.Kərimlinin yaxınları məlumat verib. Yaxınlarının dediyinə görə uzun illərdir ki, ürəyində və ağciyərlərində yaranmış ciddi xəstəlik ucbatından  F. Kərimli oksigen çatışmamazlığından, boğulmadan əziyyət çəkir. Ötən gün yenidən vəziyyəti ağırlaşan Fariz yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

 

Qeyd edək ki, xalq artisti Tariyel Qasımovun imtina etdiyi nəvəsi Fariz Kərimli hələ 3 yaşında olarkən angina xəstəliyinə tutulub, nəticədə onda sümüklərin deformasiyası xəstəliyi yaranıb. 27 yaşlı gəncin təkcə ürəyində və ağ ciyərlərində deyil, həmçinin böyrəklərində ciddi porblem var. Təcili əməliyyat olunmaq üçün ilk növbədə Türkiyədə Farizin ürəyi və ağ ciyərləri müalicə olunmalıdır. Bunun üçün  isə 10 min dollar vəasait lazımdır. Əlil gəncin böyrəyi üçün donor elə onun anasıdır.

 

Xatırladaq ki, uzun illərdir müxtəlif xəstəliklərin əsirinə Fariz Kərimli aktiv həyat tərzi keçirərək Paraolimpiya Oyunlarında iştirak edib, Azərbaycan çempionatında birinciliyi qazana bilib. 2013-cü ildə ”Acı taleyim" adlı şeir kitabım çapdan çıxıb.

 

Qeyd edək ki, Fariz Kərimlinin hər keçən gün həyati təhlükəsi artır. Onun müalicə alması üçün yardım etmək istəyənlər aşağıdakı hesablara müraciət edə bilərlər:

 

KERİMOV FARİZ FEXREDDİN oğlu

Hesab:AZ77UBAZ00500000110010AZ

Debit kart nömrəsi: 001 VOEN 1300017201 Köçürmək üçün nömrə: AZ36UBAZ0515813004101AZ

Əlaqə nömrəsi: (055) 214 39 78, (012) 421 75 11