adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
26 Iyun 2016 16:17
5085
SİYASƏT
A- A+

Millət vəkilləri Montana Forumunun 27-ci illik sessiyasında iştirak edəcəklər

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Ağalar Vəliyev iyunun 28-də Krans Montana Forumunun 27-ci illik sessiyasında iştirak etmək üçün Vyana şəhərinə yola düşəcəklər.

Milli Məclisin mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, deputatların, beynəlxalq və regional təşkilatların təmsilçilərinin iştirak edəcəyi tədbirdə enerji təhlükəsizliyi, Mərkəzi və Cənub-Şərqi Avropaya qaçqın və miqrantların axını, təbii ehtiyatların idarə edilməsinin təkmilləşdirilməsi, iqtisadi cinayətkarlığa qarşı mübarizə, fövqəladə halların idarə edilməsi, parlamentlər və dinlər arasında qlobal dialoqun təşviqi və digər mövzularda fikir mübadiləsi aparılacaq.

ForumdaEldar İbrahimovİqtisadi inkişaf, sənaye sahəsində investisiya, iqlim dəyişikliyi və onların ətraf mühitə təsiri mövzusunda müzakirələr zamanı çıxış edəcək, bu barədə fikirlərini bildirəcək.

Səfər iyulun 2-də başa çatacaq.