adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Iyun 2016 15:42
59109
TEXNOLOGİYA
A- A+

Bakıda ev qiymətinə mobil nömrə satılır

Bakıda 60000 manata"zerkalnı” – yəni ardıcıl, qoşa, yaxud eyni rəqəmlərin düzüldüyü mobil telefon nömrəsi satılır.

Adalet.az xəbər verir ki, bununla bağlı müvafiq elanTap.azsaytında yerləşdirilib.

Fəxri adlı istifadəçi elanda qeyd edib ki, (050) 666-66-66 mobil telefon nömrəsini 60000 manata satılır.

Qeyd edək ki, daha yaxşı yadda qaldığına görə, belə nömrələrə maraq böyük olur.

Adətən belə nömrələri iş adamları, siyasətçilər, yüksək səviyyəli rəsmilər, digər fəaliyyət sahələrinin nümayəndələri imicini qorumaq üçün alırlar.