adalet.az header logo
  • Bakı 18°C
26 Iyun 2016 15:16
5607
DÜNYA
A- A+

Nigeriyada beş min nəfər girovluqdan azad edilib

Nigeriya silahlı qüvvələri ölkənin şimal-şərqində beş min nəfəri girovluqdan azad edib.

Adalet.az xəbər verir ki, bu barədə ordunun Twitter sosial şəbəkəsində rəsmi səhifəsində yerləşdirilmiş bəyanatında bildirilib.
"Nigeriya silahlı qüvvələri Borno ştatının bir neçə kəndində terrorçuları sıxışdırıb. Əməliyyat zamanı altı nəfər öldürülüb, beş min nəfər girovluqdan azad edilib" – deyə bəyanatda qeyd olunur.
Qeyd edək ki, "Boko Haram" radikal islamçı qruplaşması Nigeriyada tez-tez terror aktları həyata keçirir.
Eyni zamanda Çad və Kamerunda da keçirilən terror aktlarının arxasında bu qruplaşma dayanır.