adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Iyun 2016 15:13
17295
MARAQLI
A- A+

Ölümdən sonra həyat var: ALİMLƏRİN SÜBUTU

Amerika alimləri bildiriblər ki, insanın genləri o öləndən sonra da müəyyən zaman ərzində yaşayır.

Adalet.az xarici mətbuata istinadən bildirir ki, tədqiqatçılar laboratoriya heyvanların üzərində eksperiment aparıblar. Ölmüş heyvanın genlərində nə baş verdiyi prosesini izləyərkən alimlər bu qənaətə gəliblər ki, bu zaman 1000 gen aktivliyi qalır.

Ölmüş siçan və balıqları tədqiq edən alimlər genlərin yaşadığı vaxtı müəyyənləşdiriblər.

Əksər hallarda genlər ölümdən yarım saat keçənə qədər öz aktivliyini saxlayır. Bir neçə növ gen isə öz fəaliyyətini hətta, iki sutka ərzində saxlaya bilir. Alimlərin bu "tapıntısı" orqan köçürülməsi üçün vaxt baxımından cox vacibdir.