adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
26 Iyun 2016 14:56
12330
KRİMİNAL
A- A+

Sumqayıtda yaşayış binasında yanğın olub

Bu gün səhər saatlarında Sumqayıt şəhərində dörmərtəbəli yaşayış binasında yanğın olub.

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan mənzilin mətbəxində 1 ədəd plastik pəncərə yanıb və yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 kv.m sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.