adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 Iyun 2016 14:12
5751
DÜNYA
A- A+

İraq ordusu Fəllucanı İŞİD-dən azad edib

İraqordusu Fəlluca şəhərini İŞİD-dən tam azad edib.

Adalet.az-ın  "Associated-Press” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün İraqordusunun komandanlığı bildirib.

Qeyd edək ki, Anbar əyalətinin qərbində yerləşən Fəlluca şəhəri 2014-cü ilin dekabrından İŞİD-in nəzarətinə keçib. Mayın 23-də Fəllucanın azad edilməsi ilə bağlı əməliyyat başlayıb.İraqordusunun bölmələri və şiə könüllülərinin iştirak etdiyi əməliyyata ABŞ-ın rəhbərlik etdiyi koalisiya aviasiya dəstəyi verib.