adalet.az header logo
  • Bakı 18°C
26 Iyun 2016 13:09
5499
DÜNYA
A- A+

Çində avtobusda yanğın zamanı 30 nəfər ölüb

Çində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az  xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Xunan əyalətinin İçjan rayonunda sərnişin avtobusu yolda hərəkətdə olarkən maneəyə çırpılıb və alovlanıb.

Yanğın nəticəsində avtobusda olan 56 sərnişindən 30-u həyatını itirib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.